İcbari sığortası olmayan daşınmaz əmlak sahibləri cərimələnəcək?
- 13.03.2023
- 1537
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində ölənlərin sayı 45 mini keçib.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında canlanma yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortasında hərəkətlənmə müşahidə edilir.
Eyni zamanda, artıq paytaxtda sakinlərə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xəbərdarlıq məktubları da göndərilir.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yaşayan Vəsilə Əliyeva deyir ki, yaşadığı evi heç vaxt sığortalamayıb:
“Mən 50 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Heç vaxt evimi sığortalamamışam. Heç bir qurumdan da indiyədək xəbərdarlıq olmayıb. Amma Türkiyədə baş verən zəlzələdən sonra evimizə daşınmaz əmlakın sığortalanmasının illik qiyməti və cəriməsi barədə məlumat təqdim edildi. Bildirildi ki, hər bir vətəndaş daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsini əldə etməlidir. Əmlakı sığorta etdirməyən vətəndaşlar cərimələnəcəklər.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
- yanğın, ildırım düşməsi;
- məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
- elektrik naqillərində baş verən qısaqapanma;
- buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
- su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
- yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
- təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
- üçüncü şəxslərin hərəkətləri.
Sığorta üzrə ekspert İlkin İbrahimov açıqlamasında bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası məcburi xarakter daşıyır:
“Əgər sığorta olunmazsa, İnzibati Xətalar Məcəlləsi ilə inzibati tənbeh olunmalıdır.
Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına nəzarəti iki qurum edir. Sahibkarların - yəni hüquqi şəxslərin sığortalanmasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, fiziki şəxslərin, yəni vətəndaşların sığortalanmasına isə yerli icra hakimiyyəti və nümayəndəlikləri edir. Amma cərimələrlə bağlı ölkəmizdə inzibati protokol nümunəsi yoxdur. Qanunvericilikdə bu cərimə olsa da, protokol yoxdur və şəxslər cəzalandırılmırlar. Yalnız evləri alqı-satqı edən, ipoteka krediti zamanı məcburi sığorta edilir”.
O qeyd edib ki, hazırda vətəndaşlara tövsiyə olunur ki, daşınmaz əmlak sığortalansın:
“Əslində, daşınmaz əmlakın sığorta edilməsi tək cəriməyə görə olmamalıdır. Vətəndaş bilməlidir ki, hadisə olan zaman geniş sığorta təminatı verilir. Sel, daşqın, zəlzələ, sürüşmə, güclü dolu, yağış baş verən zaman sığorta təminatına daxil edilir və vətəndaş 15-25 min manat kompensasiya alır”.
Ekspert qeyd edib ki, sığorta ilə bağlı illik ödəmə - Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat, rayonlarda isə 30 manat təşkil edir”.
Hüquqşünas Cavid Babayev isə saytımıza açıqlamasında bildirib ki, “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir:
“Həmin qanunun 35.2-ci bəndinə əsasən, bu fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, bu məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və 469.3-cü maddəsi isə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə sanksiyalar nəzərdə tutulub - red.), icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirlər”.
Aşağıdakı hallarda isə əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur:
- sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
- sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi;
- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və s.;
- qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması;
- suyun borulardan və ya rezervuardan şaxtavurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması.
Oxu.az
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Bütün xəbərlər- 28Noyabr202411:05Kirayə üsulu ilə daha - 550 mənzil satışa çıxarıldı - QİYMƏTLƏR, YERLƏR, SİYAHI
- 26Noyabr202410:35Azərbaycanda bəzi deputatlara, evi olanlara da - MƏNZİL VERİLİB
- 20Noyabr202410:17“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:409 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
Yeni Elanlar
- 44 000 AZN
Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 80 m² - 1 800 AZN
Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 110 m² 19/27 mərtəbə - 310 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 15/16 mərtəbə - 1 249 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Rusiya səfirliyi, Nəsimi r.
3 otaqlı 120 m² 18/19 mərtəbə - 1 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 170 m² 9/16 mərtəbə - 750 AZN
Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Baku Mall, Yasamal r.
2 otaqlı 70 m² 13/17 mərtəbə - 850 AZN
Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 100 m² 5/18 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 78 m² 9/21 mərtəbə - 385 000 AZN
Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 140 m² 5/16 mərtəbə - 63 000 AZN
Satılır Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
2 otaqlı 66 m² - 319 000 AZN
Satılır Yeni Tikili
Nizami m., Nəsimi r.
2 otaqlı 80 m² 6/17 mərtəbə - 7 000 000 AZN
Satılır Obyekt
Xalqlar dostluğu m., Nizami r.
3120 m² - 60 000 AZN
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 140 m² - 1 400 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 160 m² 9/14 mərtəbə - 77 500 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 58 m² 2/11 mərtəbə - 120 000 AZN
Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 170 m² - 3 500 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Gənclik m., Nərimanov r.
12 otaqlı 360 m² - 600 AZN
Kirayə (aylıq) Obyekt
Nəsimi r.
55 m² - 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 90 m² 12/13 mərtəbə - 237 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 137 m² 6/16 mərtəbə - 105 000 AZN
Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 50 m² 7/20 mərtəbə - 950 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 96 m² 8/16 mərtəbə - 700 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 58 m² 1/5 mərtəbə - 68 000 AZN
Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 81 m² 17/17 mərtəbə - 610 000 AZN
Satılır Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 140 m² 4/7 mərtəbə - 330 000 AZN
Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 130 m² 3/16 mərtəbə - 235 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 87 m² 9/19 mərtəbə - 225 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 122 m² 6/17 mərtəbə - 176 000 AZN
Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 55 m² 5/10 mərtəbə - 1 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 160 m² 5/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller