İcbari sığortası olmayan daşınmaz əmlak sahibləri cərimələnəcək?
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində ölənlərin sayı 45 mini keçib.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında canlanma yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortasında hərəkətlənmə müşahidə edilir.
Eyni zamanda, artıq paytaxtda sakinlərə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xəbərdarlıq məktubları da göndərilir.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yaşayan Vəsilə Əliyeva deyir ki, yaşadığı evi heç vaxt sığortalamayıb:
“Mən 50 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Heç vaxt evimi sığortalamamışam. Heç bir qurumdan da indiyədək xəbərdarlıq olmayıb. Amma Türkiyədə baş verən zəlzələdən sonra evimizə daşınmaz əmlakın sığortalanmasının illik qiyməti və cəriməsi barədə məlumat təqdim edildi. Bildirildi ki, hər bir vətəndaş daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsini əldə etməlidir. Əmlakı sığorta etdirməyən vətəndaşlar cərimələnəcəklər.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
- yanğın, ildırım düşməsi;
- məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
- elektrik naqillərində baş verən qısaqapanma;
- buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
- su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
- yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
- təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
- üçüncü şəxslərin hərəkətləri.

Sığorta üzrə ekspert İlkin İbrahimov açıqlamasında bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası məcburi xarakter daşıyır:
“Əgər sığorta olunmazsa, İnzibati Xətalar Məcəlləsi ilə inzibati tənbeh olunmalıdır.
Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına nəzarəti iki qurum edir. Sahibkarların - yəni hüquqi şəxslərin sığortalanmasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, fiziki şəxslərin, yəni vətəndaşların sığortalanmasına isə yerli icra hakimiyyəti və nümayəndəlikləri edir. Amma cərimələrlə bağlı ölkəmizdə inzibati protokol nümunəsi yoxdur. Qanunvericilikdə bu cərimə olsa da, protokol yoxdur və şəxslər cəzalandırılmırlar. Yalnız evləri alqı-satqı edən, ipoteka krediti zamanı məcburi sığorta edilir”.
O qeyd edib ki, hazırda vətəndaşlara tövsiyə olunur ki, daşınmaz əmlak sığortalansın:
“Əslində, daşınmaz əmlakın sığorta edilməsi tək cəriməyə görə olmamalıdır. Vətəndaş bilməlidir ki, hadisə olan zaman geniş sığorta təminatı verilir. Sel, daşqın, zəlzələ, sürüşmə, güclü dolu, yağış baş verən zaman sığorta təminatına daxil edilir və vətəndaş 15-25 min manat kompensasiya alır”.
Ekspert qeyd edib ki, sığorta ilə bağlı illik ödəmə - Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat, rayonlarda isə 30 manat təşkil edir”.
Hüquqşünas Cavid Babayev isə saytımıza açıqlamasında bildirib ki, “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir:
“Həmin qanunun 35.2-ci bəndinə əsasən, bu fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, bu məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və 469.3-cü maddəsi isə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə sanksiyalar nəzərdə tutulub - red.), icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirlər”.
Aşağıdakı hallarda isə əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur:
- sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
- sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi;
- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və s.;
- qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması;
- suyun borulardan və ya rezervuardan şaxtavurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması.
Oxu.az
- 13.03.2023
- 2467
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
380Bugün, 08:55Kirayə (aylıq) Həyət evi/villa
Quba ş.
1 otaqlı 50 m² -
95 000Bugün, 08:36Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 90 m² -
180Bugün, 04:31Kirayə (aylıq) Həyət evi/villa
Masazır, Abşeron r.
1 otaqlı 40 m² -
385 000Bugün, 02:50Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 101 m² 12/17 mərtəbə -
55 000Bugün, 01:52Satılır Yeni Tikili
Azadlıq m., Bridge Plaza, Binəqədi r.
2 otaqlı 65 m² 3/4 mərtəbə -
2 000Bugün, 01:12Kirayə (aylıq) Ofis
28 May m., 28 Mall, Nəsimi r.
5 otaqlı 140 m² -
1 500Bugün, 01:02Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal r.
60 m² -
15 000Bugün, 00:56Satılır Torpaq
Zaqatala ş.
20 sot -
69 000Bugün, 00:44Satılır Yeni Tikili
3-ci məhəllə r., Sumqayıt ş.
2 otaqlı 48.7 m² 2/14 mərtəbə -
157 000Bugün, 00:31Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 60 m² 7/9 mərtəbə -
100 000Dünən, 23:51Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 52 m² -
260 000Dünən, 23:21Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 4 sot -
215 000Dünən, 23:20Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 2.8 sot -
48 000Dünən, 23:15Satılır Bağ evi
Qurd dərəsi r., Sumqayıt ş.
2 otaqlı 17 sot -
600Dünən, 23:13Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 145 m² -
195 000Dünən, 22:51Satılır Köhnə Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 65 m² 1/9 mərtəbə -
61 000Dünən, 22:42Satılır Yeni Tikili
Abşeron r.
1 otaqlı 51 m² 6/6 mərtəbə -
108 000Dünən, 22:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 83 m² 4/6 mərtəbə -
500Dünən, 21:59Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 90 m² 3/5 mərtəbə -
112 000Dünən, 21:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 63 m² 9/14 mərtəbə -
380Dünən, 21:29Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 68 m² 13/14 mərtəbə -
165Dünən, 21:29Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 7-ci mikrorayon, Gənclik Mall, Binəqədi r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
580 000Dünən, 21:28Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
4 otaqlı 174 m² 4/16 mərtəbə -
230 000Dünən, 21:28Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Şərq Bazarı, Nərimanov r.
2 otaqlı 55 m² 12/16 mərtəbə -
90 000Dünən, 21:27Satılır Torpaq
Buzovna, Xəzər r.
3 sot -
260 000Dünən, 21:26Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
4 otaqlı 100 m² 7/9 mərtəbə -
175 000Dünən, 21:24Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
650Dünən, 21:24Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 95 m² 7/16 mərtəbə -
268 000Dünən, 21:23Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 66 m² 17/18 mərtəbə -
160 000Dünən, 21:23Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 8/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller