"HÜNƏR QÜLLƏLƏRİ"

"HÜNƏR QÜLLƏLƏRİ"

050 409 00 44

012 409 00 44

Şirkət haqqında

“Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən Huner Group-un ən böyük inşaat layihəsidir. Heyranedici dəniz mənzərəsiylə müştərilərinin zövqünü oxşayacaq “Hünər Qüllələri”nin tikintisi Bakının ən prestijli məkanında – Ağ Şəhər-də sürətlə davam edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4  əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.

Layihə haqqında

“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq uşaq oyun zalı, kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı kimi müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq.

20 mərtəbəli 2 bloklu kompleksdə yerləşən və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 3, 4 və 5 otaqlı 170 mənzil ən müasir tələblərə uyğun olaraq hazırlanır.

Kompleksdə ən müasir standartlara uyğun yüksək keyfiyyətli liftlərdən istifadə olunur. Avtomatlaşdırılmış kimyəvi təmizləmə və xüsusi vakum sisteminə sahib özüyuyulan zibil boruları isə sakinləri ənənəvi zibil toplanması üsulundan azad edir.

2 yeraltı mərtəbədə 10 000 m2 ərazi ümumi qaraj sahəsi və sakinlərin istifadəsinə veriləcək fərdi depolar üçün hesablanmışdır. Kompleksin 3-cü mərtəbəsində yerləşən 2 000 m2-lik açıq park sahəsi isə bina sakinlərinin rahat istirahəti üçün nəzərdə tutulub. “Hünər Qüllələri”ndə mənzillər təmirli və təmirsiz şəkildə təhvil verilir. Təmirsiz mənzillərin 1 kv/metri 1900 manatdan, premium təmirli mənzillərin qiyməti isə 2400 manatdan etibarən başlayır.

Binanın üstünlükləri:

Unikal layihə;

Əlverişli infrastruktur;

Nizami parkının yaxınlığı;

Dəniz mənzərəli mənzillər;

Premium bina;

Təmirli və təmirsiz mənzillər;

1 mənzil sizdən, 14 otaq bizdən;

Flexhouse sistemi;

14 növ xidmət otağı;

Sürətli Alman liftləri;

Özüyuyulan zibil boruları;

Xüsusi təhlükəsizlik sistemi;

Yanğından mühafizə;

2 mərtəbəli yeraltı avtodayanacaq;

Açıq park sahəsi;

Reseption xidməti;

Uşaqlar üçün oyun sahəsi;

Daxili kredit şərtləri:

30 % ilkin ödəniş - 

36 aylıq daxili kredit

Tikinti Planı

Yerləşmə

Bakı Ağ Şəhər, Park rayonu

Ətraflı məlumat

  • Ad*
  • Əlaqə nömrəsi*