Həyət evləri yoxsa bina evləri zəlzələyə daha davamlıdır?

  • 13.02.2023
  • 3218
Həyət evləri yoxsa bina evləri zəlzələyə daha davamlıdır?

Qardaş ölkə Türkiyədə olan zəlzələ Azərbaycanda tikilən evlərin əsasən də bina evlərinin zəlzələyə nə qədər dözümlü olması məsələsini gündəmə gətirib. Çünki Azərbaycanda da bir çox ərazilər seysmik zona hesab edilir. 2000-ci ildə baş verən dəhşətli zəlzələ bunu sübut etdi. Həmçinin Bakının bir çox ərazilərində 9 ballıq seysmik zona sayılır. 
Arenda.az xəbər verir ki, ev alan şəxsləri düşündürən əsas məsələ həyət evləri yoxsa bina evlərinin zəlzələyə davamlı olmasıdır. Zəlzələyə davamlılıq həyət evi və ya bina evi olmasından aslı deyil. Burada əsas məsələ istifadə olunan materiallar, dizayn, tikinti texnikası, yerli seysmik aktivlik və torpaq şəraiti kimi müxtəlif amillərdən asılıdır. Düzgün dizayn edilmiş və tikilmiş istənilən tip binalar zəlzələlərə davamlı ola bilər, zəif tikilmiş binalar isə dizayn növündən asılı olmayaraq həssas ola bilər. Binaların zəlzələlərə davamlı olmasını təmin etmək üçün onların seysmik kodlara və standartlara uyğun layihələndirilməsini və tikilməsini təmin etmək vacibdir. Yeni tikilən bina evləri təxminən 7-9 bal gücündə zəlzələyə davamlı olur. Bina yaşayışa hazır olduqdan sonra baç verən dəyişikliklər, deformasiyalar binanın zəlzələyə davamlılığını azalda bilər.
Həyət evlərində isə məsələ bir qədər fərqlidir. Həyət evlərini tikdirən şəxslər çox zaman ev sahibləri olduğu üçün keyfiyyətə, əraziyə daha çox diqqət edirlər. Əmlak sahibləri sürüşmə zonalarından çox digər ərazilərə üstünlük verirlər. Əlbəttə ki, düzgün bünövrəsi qoyulmadıqda, keyfiyyətsiz materiallardan istifadə zamanı, qeyri-peşəkar şəxslər tərəfindən tikinti aparılan zaman zəlzələ və təbii fəlakətlərdən qaçmaq mümkün deyil. Yeni ev alarkən və ya ev tikərkən ərazinin seysmik zona olub-olmamasına diqqət edilməlidir.


Arenda.az-ın araşdırmalarına əsasən Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi ekspertizanı həyata keçirir, monitorinqləri aparır, müvafiq texniki rəyləri ümumiləşdirib, yuxarı instansiyalara verir. Tikilməkdə olan binalara müəyyən tələblər qoyulur və proses zamanı nəzarətdə saxlanılır Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəy verdiyi bütün binalar sakinlər üçün təhlükəsizdir.

Qeyd : Xəbərdən istifadə zamanı Arenda.az-a istinad edilməlidir

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.