FM Consalting - qiymətləndirmə və konsatling şirkəti

  • 06.09.2022
  • 1475
FM Consalting - qiymətləndirmə və konsatling şirkəti

FM Consalting qiymətləndirmə və konsatling şirkəti

FM Consulting Məhdud Məsuliyyətli Cəmiyyəti  2011-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə və konsatling şirkəti kimi fəaliyyət göstərməkdədir. Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin, biznes layihələrini qiymətləndirilməsini həyata keçirir. İstənilən təşkilatlarda, normativ qaydalara uyğun olaraq, mal qalıqlarının və aktivlərin inventarlaşdırılması və məhsullar üzrə bazar araşdırmalarını aparılmasını təmin edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və "Əmlak Bazarı İştirakçıları" İB-nin, «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun» üzvüdür. Göstərdiyimiz nəticələr sayəsində bir sıra aparıcı kommersiya banklarının,  xarici və yerli şirkətlərin, dövlət təşkilatların rəğbətini qazanmışıq.

“FM Consulting” şirkəti bütün növ əmlakların, biznes layihələrinin rəsmi qiymətləndirilməsini həyata keçirmək, həmçinin sürətli inkişaf dövründə müəssisələrinin ugurlu fəaliyyətini davam etdirmək üçün konsalting xidmətlərini yerinə yetirmək üçün yaradılmışdır.

18/02/2016-cı il tarixindən “FM Consulting” şirkəti hər il Peşə Məsuliyyətini Sığortalayır. 

Peşə məsuliyyəti sığortası 1 000 000 manat təşkil edir.

Bu növ üzrə sığorta predmeti sığortalının işçiləri öz peşə borclarını yerinə yetirən zaman yaranan maliyyə xərclərinə görə sığortalının daşıdığı mülki məsuliyyətidir.

 

Sığortalıya onun mülki məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta şirkəti ödənişi verməyi öz öhdəsinə götürür:

Şəhadətnamə № LCC -1901900

  Şirkət yaranandan 7 ildə bu günə kimi

  • 20 000-dən çox kommersiya və yaşayış sahələrinin qiymətləndirməsi;
  • 5 000 -dən çox torpaq sahələrinin qiymətləndirilməsi;
  • 100-dən çox biznes layihələrin qiymətləndiriləsi aparılıb;
  • 10-dan çox bazar araşdırmaları, sorğuların keçirilməsi, marketinq təhlillərin aparılması;
  • 50-dən çox inventarizasiya və qeydiyyat işləri aparılıb.

 

Azərbaycan Respublikasının bölqələrində qiymətləndirmə və konsalting xidmətini həyata keçirmək üçün dayaq nöqtələrimiz mövcüddur. Bölqələrdə nümayəndələrimiz: Gəncə,Qazax,Sumqayıt,Lənkəran,Şəmkir,Quba, Bərdə.

  

   Bizim şirkət konsalting şirkətləri arasında olan liderlər mövqeylərini qoruyub saxlamaqdadır. İstər məhkəmə prosesi işlərində, istər banklarda girov qoyulan əmlakların, əsas vəsaitlərinin təkrar və ilkin  qiymətləndirilməsində, inventarizasiya proseslərində, təşkilatların satınalma kotirovkaların qiymətləndirilməsində, dövlət əmlaklarının, biznes layihələrinin qiymətləndirməsində, analitik hesabatların təqdimatında şirkətimiz böyük təcrübəyə malikdir.

 Şirkətin əsas fəaliyyət istiqamətləri

 

Çalışan yüksək ixtisaslaşdırılmış əməkdaşları və zəruri bilik və ixtisaslara malik öz müştərilərinə aşağıda göstərilən xidmətlərini təklif edir:

  • Fərdi və ya korporativ müqavilələr üzrə xidmətlər;
  • İstənilən növ əmlakın, və biznesin qiymətləndirilməsi;
  • Satınalmalar üzrə konsaltinq xidmətləri;
  • Əsas və dövriyyə vəsaitlərinin inventarizasiya və yoxlanış xidmətlərini;

 

                                                  Şirkətin Bakı ofisində əməkdaşları

 

Həsənov Nahid Natiq oğlu – şirkətin rəhbəri  

Ağalarlı Müşfiq Atamoğlan oğlu – ekonomist, aparıcı mütəxəssis, qiymətləndirici ekspert.
Sadıqov Mirfəttah İsmayıl oğlu – sertifikatlaşmış qiymətləndirici ekspert.

İsmayıllı Səma Qamət qızı – ekonomist, mühəndis, qiymətləndirici ekspert.

Xosiyeva Ramilə Akif qızı- ekonomist, mühəndis, qiymətləndirici ekspert.

Layihələrdən aslı olaraq kənar ekspertlər və mütəxəssislər cəlb olunur.

 

Həsənov Nahid

2007, aprel-mart – Daşınmaz Əmlak Bazarı İştirakçıları İctimai Birliyi tərəfindən təşkil olunmuş “Əmlakın Qiymətləndirilməsi” mövzusunda kursu,

AQC-nin üzvü

2008, iyun - USAİD və İFC-nin təşkil etdiyi “Qiymətləndirmə fəaliyyətinin beynəlxalq təcrubəsi” kursu,

2008, noyabr - Baki şəhərində “Əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin potensial inkişafı və onun beynəlxalq mübadiləsi” mövzusunda Beynəlxalq Konqres,

2009, mart - Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İFC-nin təşkil etdiyi “Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi” kursu,

2009, iyun - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İFC-nin təşkil etdiyi “Daşınmaz əmlakın qiymətləndirilməsi” seminarı,

2009, iyun -  USAİD-in “Kütləvi Qiymətləndirmə” kursu,

2014, dekabr - “Avtonəqliyyət vasitələrinin qiymətləndirilməsi” üzrə sertifikat

Ağalarlı Müşfiq Atamoğlan oğlu Cənab Ağalarlı Müşfiq komandamıza 2014-cü ildən qoşulub və yüksək məsuliyyət,dəqiqlik və çalışqanlıq nümunəsi göstərmişdir. Cənab Ağalarlı Müşfiq FM Consulting MMC mərkəzində cavabdehliklərinə sosial və marketinq araşdırma layihələrinin ümumi idarəsi, təklif olunan vaxt çərçivəsində layihə gedişatına nəzarət, layihə məqsədlərinin yerinə yetirilməsinidə və yekun hesabatlarının hazırlanmasında köməklik göstərmişdir.

 Ağalarlı Müşfiq bakalavr dərəcəsini Azərbaycan Texniki Universitetində almışdır. 2013-2014-cü illərdə  Türkiyə “Hacettepe Universiteti” ali təhsil müəssisəsinin magistratura səviyyəsində təhsil almışdır və fərqlənmə diplomu ilə bitirmişdir.   

2009, iyun - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İFC-nin təşkil etdiyi “Daşınmaz əmlakın qiymətləndirilməsi” seminarı,

2010, iyun-avqust - “Daşınmaz əmlakın Qiymətləndirilməsi metodologiyası” mövzusunda kursları,

2011, dekabr – “Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi” kursu.

2016, noyabr – “RecExpo II” əmlak sərgisinin işdirakçısı.

 

Sadıqov Mirfətta

2009, mart - Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İFC-nin təşkil etdiyi “Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi” kursu,

2009, iyun -  USAİD-in “Kütləvi Qiymətləndirmə” kursu,

2011, aprel - “Avtonəqliyyət vasitələrinin qiymətləndirilməsi” mövzusunda kursu.

 

Yaqubov Ziya

2009, mart – S D U, Mühəndis İqtisadiyyatı və İdarə edilməsi fakultəsi.İqtisadçı menedjer

2011, fevral-mart – Beynəlxalq Əmlak Fondunun təşkil etdiyi “Kommersiya təyinatlı əmlakın Qiymətləndirilməsinin Beynəlxalq təcrübəsi” mövzusunda treninq,

 

Xosiyeva Ramilə

2019, Avqust - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sertifikatlaşmış üzvü.“Qeyri-yaşayış təyinatlı obyektlər üzrə.

İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ qəlməsi” fakultəsinin məzunu.

2018, Aprel - “Yaşayış mənzillərinin Qiymətləndirməsi” üzrə sertifikasiya.

     Hal-hazırda FM Consulting təcrübəli işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları, birbaşa marketing (promo aksiyalar) həyata keçirərək və dünyada top onluqda olan araştırma şirkətlərinin: İpsos, GfK, TNS, Factum Group, Futurebright, Nielsen-ın beynəlxalq bazarda yaratdığı prinsiplərə əsaslanaraq işini davam etdirir.

Şirkətin əməkdaşlıq etdiyi təşkilatlar və Banklar  

 

«Ferrumcapital» BOKT                                  «İSR Kapital İnvestment» MMC

«Cred Aqro» BOKT                                         «Beynəlxalq Bank» ASC

«Turan Bank» ASC                                         «Unibank» ASC

«Yapıkredi Bank» QSC                                   «Standard İnsurance» QSC

«Bank of Baku» ASC                                      «Unileasing» QSC

«VTB Bank» ASC                                            «Ziraat Bank» ASC 

«Finoko» BOKT                                              «El Plastik » MMC

«Melissa Park» MMC                                      «Petrochem Group» MMC

«Pasha K » MMC                                             «Veyseloglu» MMC

«Phfizer Group» MMC                                    «Koroglu» MMC

«Nobel Oil» MMC                                           «NORM» MMC

«British Petroleum» MMC                             «AZFEN» MMC

«Nikoil Bank» ASC                                        «Gilan Textile Park» MMC

« Azerconnect » MMC                                   «Azerbaijan İnternational Mining Company»

« Kristal Abşeron » MTK                              « Mətanət A » MMC

«Azercell» MMC                                            «Bakcell» MMC 

«Azerconnect» MMC                                     «ASB Bank» ASC 

«City Finance» BOKT                                    «Kəpəz» BOKT 

 

 

Qiymətləndirmə sahəsi üzrə metodologiya

 

Metodologiya “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları”-na, eyni zamanda yerli və beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq hazırlanıb

*   Qiymətləndirmə sifarişçinin müraciəti ilə tərəflər arasında imzalanmış müqavilə əsasında həyata keçirilir.

* Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparılır.

Qiymətləndirmə haqqında müqavilə bağlandığdan sonra qiymətləndirmə üzrə mütəxəssis qiymətləndirilən əmlakdan aslı olaraq aşağıda göstərilən sənədləri sifarişçidən tələb edir:

  • Mülkiyyət hüququnu təsdiq edən sənədlər və ya digər hüquq müəyyən edici sənədlər;
  • Texniki göstəriciləri əks etdirən rəsmi sənədlər;
  • Qiymətləndirilən əmlak qismində nəqliyyat vasitəsi olduqda, texniki pasportu;
  • Nəqliyyat vasitəsi Dövlət Yol Polisində qeydiyyata alınmayıbsa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qeydiyyatından keçməsi barədə arayış;
  • Qiymətli kağızların dövlət reyestrindən çıxarış;
  • Hüquqi şəxs olduqda onun təsis sənədləri;
  • Əsas vəsaitlərin, ehtiyatların, materialların, debitor və kreditor borcların inventarlaşdırılması aktı;
  • Daşınmaz əmlakın, maşın və avadanlıqların tam balans və qalıq dəyəri, balansa qəbul edilməsi ili haqqında arayış;
  • Qoşulma nöqtələrinin və əsas texniki parametrlərin (diametr, uzunluq, kabelin markası) göstərilməklə mühəndis şəbəkələrinin texniki vəziyyəti haqqında arayış;
  • Qiymətləndirilən əmlakın hüquqlarında dair müvafiq sənədlərin surətləri və s.
  • Sifarişçinin şəxsiyyət vəsiqəsini sürəti.

Mütəxəssis, əmlakın və mülkiyyətin növündən asılı olaraq 4 sənədlərdən bir neçəsini və əlavə sənədləri sifarişçidən tələb edə bilər.

 

       Qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsi prosesi özündə aşağıda göstərilən işləri birləşdirir:

  • Qiymətləndiricinin qiymətləndirmə obyektinin yerləşdiyi yerə getməsi, həmin obyektə və onun ətrafına baxışın keçirilməsi, foto və video çəkilişlərin aparılması;
  • Daşınmaz əmlak sahəsi üzrə ekspertlərlə və mütəxəssislərlə danışıqların aparılması;
  • Qiymətləndirmənin aparılması və Hesabatın tərtib olunması üçün məlumatların toplanması və təhlili;
  • Müvafiq qiymətləndirmə standartlarına uyğun olaraq mövcud konkret halda daha məqbul sayıla biləcək qiymətləndirmə metodları və yanaşmalardan istifadə etməklə qiymətləndirmə obyektinin dəyərinin hesablanması;
  • Qiymətləndirmə obyektinin yekun dəyərini müəyyən edilməsi;
  • Qiymətləndirmə haqqında Hesabatın tərtib olunması.

Müvafiq sənədlər əldə olunduqdan sonra, Mütəxəssis qiymətləndirmə obyektinə yerində baxış keçirir, lazımi texniki göstəriciləri, o cümlədən, Coğrafi İnformasiya Sisteminə (CİS) aid olan zəruri məlumatları əldə edir və obyektin foto şəkillərini çəkərək işə əlavə edir.

Zərurət yarandığı təqdirdə Mütəxəssis real dəyərin müəyyən olunması məqsədilə, daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən ekspertlərlə və mütəxəssislərlə danışıqlar apararır və əldə etdiyi məlumatları işə əlavə edir.

 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.