Əmlak bazarında qiymətlər yenidən artacaq – Proqnoz

Əmlak bazarında qiymətlər yenidən artacaq – Proqnoz

Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta bəzi əmlak növlərində bu, özünü daha qabarıq büruzə verəcək.

Bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və bünövrədən alınan ev seqmentlərində bunu daha aydın görmək mümkün olacaq.

Sədrin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətə təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Kredit faizləri, ipotekaya tələbat, əhalinin gəlirləri və mənzil bazarındakı təklif də əsas amillər sırasındadır.

Vüqar Oruc əlavə edib ki, bu ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11 faiz artıb. Yəni bazarda qiymət artımı artıq mövcuddur və şərtlərin yumşalması bu tendensiyanı əlavə olaraq dəstəkləyəcək.

    29.09.2026
  • 47
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Yeni Elanlar

Hamısına bax

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller