Ç.Çıraq PlazaÇin SəfirliyiÇin restoranıÇinar restoranıÇıraq palaceÇingiz plazaÇanaqqala restoranıÇınar plaza
D.Dağüstü parkıDalğa PlazaDaxili İşlər NazirliyiDostluq kinoteatrıDövlət İdarəçilik AkademiyasıDövlət Statistika KomitəsiDədə Qorqud parkıDəmirçi PlazaDənizkənarı Milli parkDövlət Təhlükəsizlik NazirliyiDəniz VağzalıDiva plazaDunyagöz klinikasıDobromedDiaqnoz tibb mərkəziDövlət Sosial Müdafiə Fondu
E.Elmlər AkademiyasıEkologiya və Təbii Sərvətlər NazirliyiElit ticarət mərkəziEnergetika NazirliyiEvro MedElçin şadlıq sarayıElşən palaceEuromed tibb mərkəziEurolab tibb mərkəziElmed Tibb MərkəziEgoist Hotel and RestaurantErto MebelEge Hospital
Ə.Ədliyyə NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiƏrzurum sarayƏzizbəyov keykəli
H.H. Əliyev ad. SarayHeydər Əliyev MərkəziHilton otelHüseyn Cavid parkıHyatt RegencyHərbi HospitalHökümət eviHollivud şadlıq sarayıHayat Klinik medical centreHüseyn Cavid heykəliHeydər Əliyev park
X.Xəzər UniversitetiXalça MuzeyiXarici İşlər NazirliyiXəqani ticarət mərkəziXəzinə palaceXəzinə palaceXan sarayXalili plaza
İ.İctimai telekanalıİordaniya Səfirliyiİçəri Şəhərİdman kompleksiİncəsənət və Mədəniyyət Un.İnşaat Universitetiİqtisadi İnkişaf Nazirliyiİran Səfirliyiİqtisadiyyat Universitetiİnqlab İzmir parkıİtaliya Səfirliyiİmperial sarayİnci sarayİdeal sarayİnam tibb mərkəziİntourist hotelİST Petrol Tilbisi prospekti
R.Rabitə və Yüksək Texnologiyalar NazirliyiRusiya səfirliyiRəssamlıq AkademiyasıRomance palaceRoyal sarayReal sarayRAS plazaRich plazaRoz Marina restoranıRespublika Müalicəvi Diaqnostika MərkəziReal HospitalRahat supermarket NərimanovRuslan 93 marketRiviera hotel
S.Su İdman KompleksiSahil bağıSevil Qazıyeva parkıSevinc k/tSirkSea BreezeSovetskiSpace TVSədərək ticarət mərkəziSəhiyyə NazirliyiSəməd Vurğun parkıSərhədçi İdman KompleksiSiyaqut şadlıq sarayıSu səsi ş/sSu sonası ş/sSapfir ş/sSevən Ürəklər ş/sSevinc saraySultan saraySimfoniya hallSofiya saraySünbül ş.sSemaşko xəstəxanasıSağlam Ailə NərimanovSağlam Ailə 28 maySağlam Ailə SumqayıtSağlam Ailə mkrSağlam Ailə GəncəSpero hospitalStarlab tibb mərkəziStimul HospitalSpring HotelSəməd Vurğun heykəli
Ş.Şüvəlan Park ticarət mərkəziŞəfa stadionuŞəhidlər xiyabanıŞəlalə parkıŞərq BazarıŞuşa restoranıŞam bağıŞəki restoranı Əhməd RəcəbliŞəki restoranı BadamdarŞahənşah saray
T.Texniki UniversitetiTibb UniversitetiTofiq Bəhramov stadionuTQDKTürkiyə səfirliyiTəfəkkür UniversitetiTəhsil NazirliyiTəzə bazarTennis AkademiyasıTərlan restoranıTəbrik şadlıq sarayıTərlan sarayTuran klinikasıTurk-American Medical Center
Y.Yasamal bazarıYasamal parkıYaşıl bazarYeganə şadlıq sarayıYaşam tibb mərkəzi
Z.Zabitlər parkıZooparkZərifə Əliyeva adına parkZərifə Əliyeva adına Göz klinikasıZirvə şadlıq sarayı
W.World Business Center
5.5 nömrəli xəstəxana
Ü.Ümid sarayÜlvi şadlıq evi
Təmirli
Təmirsiz
Qaz
Su
İşıq
Telefon
İnternet
Kabel TV
Lift
PVC pəncərə
Balkon
Kombi
Mərkəzi qızdırıcı sistem
Kondisioner
Mətbəx mebeli
Əşyalı
Avtodayanacaq
Düzəlmə
Hovuz
Dərslər açılsa da tələbələrin kirayə ev problemi davam edir !
29.09.2021
487
Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb.
Tələbələrin büdcəsinə uyğun evlər ancaq şəhərdən kənardadır...
Sosial şəbəkələrdə tələbələrə ucuz kirayə ev təklif edən Arenda.az saytının layihə rəhbəri Elvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə mənzil bazarında canlanma yaranıb: "Sentyabr ayında daha çox ev axtaran olduğundan, mənzillərə tələbat artır. Tələbələr isə daha aylıq kirayə qiyməti 200-300 manat olan ev axtarırlar. Bu qiymətə universitetlərə yaxın kirayə evlər tapmaq mümkün deyil. Ona görə də biz tələbələrə uzaq da olsa Həzi Aslanov istiqamətində, metroya yaxın kirayə evlər təklif edirik. Uzaq metro stansiyalara yaxın ərazilərdə 300 manata tələbələrə kirayə ev tapmaq mümkündür".
E.Məmmədov bildirir ki, oğlan tələbələr üçün kirayə ev tapmaq daha çətindir. Bu zaman əksər ev sahibləri depozit istəyirlər: "Oğlanlara demək olar ki, kirayə ev vermirlər. Versələr belə, mütləq depozit tələb edirlər ki, buna da tələbələrin imkanı çatmır".
Saytın layihə rəhbəri şəhərdə həyət evlərinin sökülməsinin tələbələr üçün çətinlik yaratdığını, kirayə mənzil bazarında qiymətləri bahalaşdırdığını söyləyir.
Sentyabrın 29-dan ali məktəblərin öz qapısını tələbələrin üzünə açması pandemiya dövründə məsafədən təhsil alan tələbələri sevindirsə də, qayğılarını da artırıb. Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı açıqladığı qərardan sonra bölgələrdə yaşayan tələbələr Bakıda kirayə ev axtarışına çıxıb. Sputnik Azərbaycan kirayə mənzil bazarında evlərin tələbələr üçün nə qədər əlçatan olduğunu araşdırıb.
Qəfil qərar tələbələri çıxılmaz vəziyyətdə qoyub
Metronun Elmlər Akademiyası stansiyasına yaxın yerləşən təhsil ocaqlarının sayı çox olduğundan hər tədris ili öncəsi burada ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə qələbəlik olur. Elə bu gün də belə idi. Bu ərazidə daxil olduğumuz ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə kirayə mənzil axtaranların çoxu ya tələbələrin özləri, yaxud da valideynləri idi.
Övladı bu il ali məktəbə daxil olan Sona Bayramova Bakı Dövlət Universitetinə yaxın ərazidən üç gündür münasib qiymətə kirayə ev axtarsa da, tapa bilmir. Həmsöhbətimiz deyir ki, İsmayıllının Basqal kəndində yaşadıqlarından Bakıda təhsil alacaq oğlu üçün kirayə ev axtarır. Amma bu ərazidə kirayə evlərin qiymətinin çox baha olması valideyni çıxılmaz vəziyyətdə qoyub: "Universitetə yaxın kirayə mənzillərin qiyməti 550 manatdan başlayır. Ona görə də məcburam istənilən metro stansiyaya yaxın ev axtarım".
Həyət evlərinin sökülməsi tələbələrin işini daha da çətinləşdirib...
Burada həmsöhbət olduğumuz digər valideyn və tələbələr də kirayə mənzil tapmaqda çətinlik çəkdiklərini söylədilər.
Rəhman Kazımov adlı tələbə deyir ki, ötən il universitetə yaxın ərazidə 550 manatlıq kirayə mənzildə 4 tələbə ilə birlikdə qalıb. Bu il isə bu qiymətə kirayə mənzil tapa bilmir: "Kirayə mənzillər əsasən yeni binalardadır. Yeni binalarda isə evlərin aylıq kirayə qiyməti 700-800 manatdan başlayır. Bu qiymətə kirayədə qalmaq isə tələbəyə sərf etmir".
Rieltorlar da tələbələrin şikayətlərini təsdiqləyirlər. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Mehman Şabanov kirayə mənzil bazarında tələbələr üçün ucuz evlərin ilbəil azaldığını bildirir. Onun sözlərinə görə, tələbələrin çoxu kirayə üçün həyət evi axtarır: "Həyət evləri ucuz olduğundan, tələbələr ən çox belə evlərə müraciət edirdi. Amma artıq şəhərdə ucuz qiymətə kirayə verilən həyət evlərinin sayı azalıb. Yeni binalar inşa olunduqca həyət evləri sökülür. Bu da tələbələrə ucuz kirayə ev tapmağa çətinlik yaradır".
Pandemiya səbəbindən tələbələrə kirayə ev verən yoxdur
Makler bildirir ki, tədris ili ilə bağlı verilən qərar gec açıqlandığından bu da tələbələrə rahat şəkildə kirayə ev axtarmağa çətinlik yaradıb: "Sentyabrın 29-dan universitetlər açılır. Tələbələrin iki həftə vaxtı qalıb. Ev sahiblərinin çoxu məktəblərin yenidən bağlanacağından ehtiyat edib tələbələrə ev kirayə vermək istəmir. Çünki, əvvəlki il xeyli tələbə dərslər distant olduğundan kirayə evdən çıxıb öz evlərinə getdi. Buna görə ev sahibləri ilə mənzilini tələbəyə vermək üçün xeyli danışıq aparmalı oluruq".
Makler hazırda universitetlərə yaxın ərazidə 1 otaqlı kirayə mənzillərin qiymətinin 350 manatdan başladığını söyləyir. Onun sözlərinə görə, iki otaqlı evlərin qiyməti 400-450, üç otaqlı mənzillər ən yaxşı halda 550 manata kirayə verilir.
Evlərin qiyməti niyə bahalaşıb?
Qeyd edək ki, tələbə adı ilə kirayə təklif olunan evlərin sahibləri ilə biz də əlaqə yaratdıq. Dəstəyi götürənlərdən kimisi tələbəyə ev kirayə vermədiyini, bəziləri isə bir mənzildə iki nəfərdən artıq tələbə qalmasına razı olmadığını bildirdi.
Ev sahibləri pandemiyaya görə tələbələrə ev kirayə verməyin onlara sərf etmədiyini qeyd etdilər. Daha çox ailə və işləyən kirayəşinlərə üstünlük verdiklərini açıq şəkildə bildirdilər.
Apardığımız araşdırma zamanı o da bəlli oldu ki, ötən illə müqayisədə kirayə mənzil bazarında qiymətlərdə artım var. Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb.