Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər?

Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər?

Dəniz mənzərəli binalarda mənzillər digər mənzillərlə müqayisədə 30-50 faiz daha baha qiymətə təklif olunur. Lakin sonradan həmin mənzillərin qarşısında yeni bina tikildikdə və mənzərə bağlandıqda, daşınmaz əmlakın bazar dəyəri kəskin şəkildə aşağı düşür.

Əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, şəhərin bəzi ərazilərində vətəndaşların mənzərəyə aldanma riski daha yüksəkdir. Onun sözlərinə görə, bu risk ərazinin relyefi və tikilən binanın mərtəbə sayı ilə birbaşa bağlıdır.

Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinə diqqət çəkərək qeyd edib ki, problem müqavilə əsasında tənzimlənməlidir.

O bildirib ki, əgər vətəndaş mənzil alarkən müqavilədə "dəniz mənzərəsi" ilə bağlı xüsusi bəndin daxil edilməsinə nail olubsa, gələcəkdə mənzərə bağlandığı halda məhkəməyə müraciət edərək təzminat tələb edə bilər.

Mütəxəssislərin fikrincə, mənzil alarkən mənzərəyə görə əlavə ödəniş edən şəxslər müqavilədə bunun ayrıca qeyd olunmasına xüsusi diqqət yetirməlidirlər.Əks halda, bir gün pəncərədən baxarkən dəniz əvəzinə qarşıdakı binanın divarı ilə üz-üzə qala bilərlər.

  • 12.05.2026
  • 27
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller