Çobanzadə

Çobanzadə

994 12 421 02 03

Şirkət haqqında

Layihə haqqında

Yaşayış kompleksi «Çobanzadə» – müasir məhəllədə mənzillərdir!

Tikinti Planı

Kompleksin yeri

«Çobanzadə» yaşayış kompleksi Bakının Nizami rayonunda Bəkir Çobanzadə küçəsində və Rüstəm Rüstəmov küçəsinin yanında yerləşir. Mikrorayonda yeni komplekslər tikilir, müasir infrastruktur yaradılır. Şəhərin mərkəzi hissəsinə qədər olan məsafə on bir kilometrdən artıq deyil.

Kompleksin ətrafında

Yeni kompleks ilə qonşuluqda gündəlik həyatda böyük əhəmiyyətə malik olan demək olar ki, bütün obyektlər var. Yanında 62 saylı lisey, 214 saylı ümumtəhsil məktəbi, və ilk özəl Ali məktəblərdən biri «Xəzər» Universiteti yerləşir. Yaxınlıqda daha bir neçə təhsil müəssisələri, gözəllik salonları, apteklər və ərzaq mağazaları vardır. Kilometr radiusunda iki böyük supermarket yerləşir.

Kompleksin parametrləri

«Cobanzadə» yaşayış kompleksi – on altı və on səkkiz mərtəbəli altı binadan ibarət olan müasir yaşayış məhəlləsidir. Kompleksin tikildiyi layihə yerli infrastruktur inkişafının xüsusiyyətlərini və əhalinin rahat və müasir mənzillərə ehtiyacını nəzərə alıbdır. Binalar möhkəm monolit təməl üzərində inşa olunub, monolit dəmir-beton korpusları və metalkirəmitlə örtülü damı vardır.

Korpusların fasadları səmərəli və ekoloji cəhətdən təhlükəsiz istilik izolyasiyası olunub, qəhvəyi və boz rənglərin üstünlük təşkil etdiyi təmkinli rənglərlə boyanılıbdır. Binalar müasir avadanlıqla təchiz edilmişdir, mühəndis kommunikasiyaları mərkəzi şəhər şəbəkələrinə qoşulmuşdur. Bloklarda səssiz sərnişin və yük-sərnişin liftləri quraşdırılıbdır.

Daxili ərazisində

Çox bloklu binalar perimetr boyunca yerləşərək, demək olar ki, tamamilə qapalı məhəllə yaradır ki, onun da ərazisində də var:

  • müasir uşaq bağçası;
  • idman meydançaları;
  • təhlükəsiz uşaq oyun zonaları;
  • böyüklər üçün rahat istirahət zonaları;
  • müvəqqəti avtomobil dayanacaqları üçün yerlər.

Məkan daxilində həmçinin, iki bir bloklu binalar tikilib, ərazinin yaşıllaşdırılması aparılıb, piyada yolları salınmış və avtomobil nəqliyyatı üçün yol şəbəkəsi təşkil olunubdur. Müasir küçə işıqlandırma qurulmuşdur. Avtonəqliyyatüçün yerüstü parkovka yerlərin əsas sayı küçə tərəfindən məhəllənin perimetri boyunca yerləşir.

Nəqliyyat mövcudluğu

«Neftçilər» yaxın metro stansiyasına qədər təxminən səkkiz yüz metr məsafədir. Yerüstü şəhər nəqliyyatının hərəkəti məmnun edici şəkildə təşkil olunub, – minimal fasilə yeddi dəqiqədir, lakin yaxından yalnız üç avtobus marşrutu keçir. Dayanacağa iki dəqiqəyə getmək olar.

Mənzillərin xüsusiyətləri

«Çobanzadə» yaşayış kompleksində tikinti şirkəti mənzil qiymətinə enerjiqoruyan şüşələnməsi olan metal-plastik pəncərə bloklarını və keyfiyyətli dəmir seyf giriş qapılarını daxil edibdir. Yeni kompleksdə sahəsi 58-149 kvadrat metr olan bir, iki və üç otaqlı planlaşdırma ilə mənzillər almaq təklif olunur. Mənzillərin satışı nağd ödəmə ilə həyata keçirilir, şirkət nümayəndələrinə müraciət edərək, hissə-hissə ödəmə və ya ipoteka verilməsi haqqında razılaşa bilərsiniz.

Tikinti şirkəti

Tikinti işlərini fəaliyyət dairəsinə Bakı şəhərində yaşayış komplekslərinin tikintisi daxil olan «Orbita MTK» şirkəti həyata keçirib. Onun hesabında bir neçə uğurla yerinə yetirilmiş layihələr var. Hal-hazırda müəssisə hələ bir neçə yeni tikililərin inşasını aparır. Rəsmi saytda tikinti meydançalarından olan fotoşəkillər var, mərkəzi ofisin ünvanı nəşr olunubdur.

Yerləşmə

Bakı şəh., Вəkir Çobanzadə küçəsi

Ətraflı məlumat

  • Ad*
  • Əlaqə nömrəsi*