Çinar Mahal

Çinar Mahal

994 12 563 16 21

Şirkət haqqında

Layihə haqqında

"Çinar Mahal" yaşayış kompleksi – klassik elementlər ilə sənaye üslubunda layihələndirilmiş və milli adət-ənənələrə uyğun olaraq bəzədilmiş, rahat mənzilləri olan yüksək mərtəbəli evdir."

Tikinti Planı

Yerləşməsi

Bakıdakı çoxmənzilli "Çinar Mahal" yaşayış kompleksi Məhəmməd Xiyabani küçəsində, inzibati mərkəzdən 6 km məsafədə yerləşir. Qonşuluqda nəqliyyat ilə yüklənmiş heç bir böyük avtomobil yolları və zavodlar yoxdur.

Yaxınlıqda

Yeni kompleksin yaxınlığında supermarket, həmçinin çox sayda ərzaq mağazaları, kafelər, aptek mövcuddur. 39 saylı böyüklər üçün şəhər poliklinikasına qədər təxminən yeddi yüz metrdir. Qonşuluqda 286 saylı ümumtəhsil məktəbi yerləşir.

Nəqliyyat

Avtobus dayanacağı yüz metrdən az məsafədə yerləşir. Yeni tikilinin yaxınlığında beş müxtəlif marşrutlar üzrə ən az altı dəqəqəlik fasilə ilə təşkil olunan ictimai nəqliyyat marşrutları fəaliyyət göstərir. Beynəlxalq avtovağzala qədər iki kilometr yarımdır.

Memarlıq

"Çinar" yaşayış kompleksi – istifadə edilməyən yastı damı olan və dəmir-beton monolit çərçivənin, habelə keyfiyyətli inşaat materiallarının istifadəsi sayəsində zəmanətə alınan yüksək səviyyəli möhkəm konstruksiyaya və seysmik müqavimətə malik olan üç bloklu on yeddi mərtəbəli binadan ibarətdir. Yeni binanın divarları qırmızı kərpicdən tikilir, xarici səthi mineral yun ilə istilik izolyasiyası olunur, fasadın üzlüyü ventilyasiya edilən panellər ilə üzlənir.

Bina arka pəncərələr və lojiyaların metal barmaqlıqları ilə bəzədilib. Layihə üzrə otaqların yüksək səviyyədə insolyasiyasını təmin edən böyüdülmüş pəncərə açılışları nəzərdə tutulub. Pəncərə blokları və lojiyaların qapıları enerjiyə qənaət edən ikiqat şüşələrlə şüşələnibdir.

Evdə quraşdırılıb:

 

  • hər blokda iki sərnişin və bir yüksərnişin-səssiz, rahat sürətli liftlər;
  • öz güclü elektrik generatoru ilə təchiz edilmiş qəza elektrik enerjisi sistemi;
  • domofon sistemləri;
  • müasir texnoloji avadanlıq.

 

Binaya mərkəzi şəhər mühəndis komunikasiyaları, o cümlədən qaz və istilik şəbəkəsi çəkilir.

Ərazisi daxilində

Həyətyanı ərazisində mühafizə xidmətinin fəaliyyəti planlaşdırılıb, video-müşahidə kameraları quraşdırılıb, kompleks kənar şəxslər üçün qapalı olacaqdır. Ərazinin yaşıllaşdırma işləri yerinə yetirilir-ot örtükləri salınır, dekorativ bitkilər və ağaclar əkilir. Həyətdə idman meyançası və istirahət zonası yaradılır, təhlükəsiz uşaq oyun zonası qurulur.

Kiçik uşaqları olan yeni bina sakinlərinin xidmətinə öz uşaq bağçası verilib. Kompleksdə qonaq avtomobil nəqliyyatının müvəqqəti dayanacağı üçün yerlər ayrılıb, böyük yeraltı parkinq tikilir. Küçə işıqlandırma cihazları quraşdırılır.

Yaşayış fondu haqqında

Çinar Mahal yaıayış kompleksində mənzil satışları nağd ödəmə ilə həyata keçirilir. Hal-hazırda sahəsi 64-209 m2, tavanlarının hündürlüyü 3 metr olan bir-, iki-, üç-, dörd otaqlı planlaşdırmalı mənzillər mövcuddur.

Tikinti şirkəti təmiri ilə və ya heç bir bəzək işləri yerinə yetirilməmiş mənzil əldə etməyi təklif edir. Mənzillərə peyk televiziya, internet və domofon çəkilir, metal giriş qapısı quraşdırılır və istilik sistemi çəkilir.

Ödəniş şərtlərini rəsmi saytda və ya şirkətin ofisini ziyarət edərkən dəqiqləşdirmək olar. Orada da hissə-hissə ödəmə və ipoteka məsələləri üzrə məsləhət verən mütəxəssislər var.

Tikinti şirkəti

Çinar Mahal yaşayış kompleksinin tikinti işlərini Mahal Construction şirkəti həyata keçirir. Təşkilat Bakı şəhərində yaşayış kompleksləri inşa edir, onun portfoliosunda bir neçə təhvil verilmiş obyektlər vardır.

Yerləşmə

Bakı şəh., Məhəmməd Xiyabani küçəsi

Ətraflı məlumat

  • Ad*
  • Əlaqə nömrəsi*