Bu ilin martın 1-dək inşa edilən və təhlükəsizlik tələblərinə dair rəyi olan tikinti obyektlərinin istismarına icazə veriləcək

  • 15.02.2023
  • 1512
Bu ilin martın 1-dək inşa edilən və təhlükəsizlik tələblərinə dair rəyi olan tikinti obyektlərinin istismarına icazə veriləcək

Bu il martın 1-dək inşa edilmiş, etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Arenda.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq. Daha sonra parlamentin plenar iclasında müzakirə olunacaq.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.