Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.

Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
- 19.02.2023
- 1773
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
205 000Bugün, 17:39Satılır Yeni Tikili
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
1 otaqlı 57 m² 6/7 mərtəbə -
400Bugün, 17:36Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 70 m² 1/5 mərtəbə -
198 000Bugün, 17:35Satılır Torpaq
Şüvəlan, Xəzər r.
9 sot -
225 000Bugün, 17:34Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 69.78 m² 8/16 mərtəbə -
400Bugün, 17:33Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 42 m² 4/7 mərtəbə -
128 000Bugün, 17:31Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 65 m² 3/9 mərtəbə -
30 000Bugün, 17:29Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 94 m² 11/14 mərtəbə -
245 000Bugün, 17:27Satılır Obyekt
Xalqlar dostluğu m., Suraxanı r.
106 m² -
1 000Bugün, 17:22Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 165 m² 7/18 mərtəbə -
145 000Bugün, 17:20Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 58.8 m² 3/15 mərtəbə -
22 000Bugün, 17:17Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 48 m² -
520 000Bugün, 17:13Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 132 m² 12/16 mərtəbə -
320 000Bugün, 17:13Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 100 m² 8/16 mərtəbə -
600 000Bugün, 17:12Satılır Yeni Tikili
Sahil m., Səbail r.
3 otaqlı 102 m² 11/22 mərtəbə -
600Bugün, 17:12Kirayə (aylıq) Obyekt
Nəsimi r.
32 m² -
100 000Bugün, 17:08Satılır Obyekt
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
54 m² -
68 000Bugün, 17:04Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
260Bugün, 17:04Kirayə (aylıq) Həyət evi/villa
Koroğlu m., Sabunçu qəs., Sabunçu r.
3 otaqlı 70 m² -
47 000Bugün, 17:03Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
3 otaqlı 75 m² 9/11 mərtəbə -
44 900Bugün, 17:00Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 49 m² 8/11 mərtəbə -
80 000Bugün, 16:59Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 90 m² -
330 000Bugün, 16:58Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 120 m² 11/12 mərtəbə -
158 000Bugün, 16:58Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
3 otaqlı 130 m² 2/10 mərtəbə -
2 500Bugün, 16:57Kirayə (aylıq) Obyekt
İçərişəhər m., Səbail r.
20 m² -
435 000Bugün, 16:57Satılır Yeni Tikili
28 May m., Dədə Qorqud parkı, Nəsimi r.
3 otaqlı 167 m² 11/18 mərtəbə -
110 000Bugün, 16:56Satılır Həyət evi/villa
Nizami m., Kubinka, Nəsimi r.
1 otaqlı 35 m² -
80 000Bugün, 16:56Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 40 m² 3/9 mərtəbə -
1 200Bugün, 16:56Kirayə (aylıq) Yeni Tikili
Bibi Heybət qəs., Səbail r.
3 otaqlı 160 m² 2/6 mərtəbə -
234 999Bugün, 16:56Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 70 m² 7/12 mərtəbə -
135 000Bugün, 16:48Satılır Torpaq
Xəzər r.
5.4 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller