Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
- 19.02.2023
- 1380
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.
Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 26Noyabr202410:3523Azərbaycanda bəzi deputatlara, evi olanlara da - MƏNZİL VERİLİB
- 20Noyabr202410:17107“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:402459 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37219Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20354Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
- 01Noyabr202419:00476Oktiyabr ayının ən reytinqli 50 istifadəçisi
Yeni Elanlar
- 3 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 140 m² 7/18 mərtəbə - 3 900 AZN
Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nəriman Nərimanov parkı, Nərimanov r.
100 m² - 1 500 AZN
Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 65 m² - 550 AZN
Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 50 m² 9/13 mərtəbə - 3 300 AZN
Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
5 otaqlı 300 m² 5/7 mərtəbə - 149 500 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 88 m² 7/10 mərtəbə - 83 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 2/8 mərtəbə - 295 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 120 m² 14/17 mərtəbə - 68 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 68 m² 8/8 mərtəbə - 70 AZN
Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
3 otaqlı - 2 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Azərbaycan Dillər Universiteti, Nərimanov r.
3 otaqlı 145 m² 13/18 mərtəbə - 1 100 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 7/16 mərtəbə - 800 000 AZN
Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
4 otaqlı 220 m² 7/14 mərtəbə - 400 AZN
Kirayə (aylıq) Obyekt
Salyan ş.
220 m² - 1 800 000 AZN
Satılır Obyekt
Salyan ş.
1208 m² - 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 100 m² 4/14 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 100 m² 6/17 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Obyekt
Ağ şəhər, Xətai r.
58 m² - 450 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Xətai r.
4 otaqlı 226 m² 11/22 mərtəbə - 2 300 AZN
Kirayə (aylıq) Ofis
Badamdar qəs., Səbail r.
8 otaqlı 450 m² - 2 400 AZN
Kirayə (aylıq) Obyekt
Ulduz m., Nərimanov r.
310 m² - 10 000 AZN
Kirayə (aylıq) Obyekt
Aşağı Güzdək, Abşeron r.
2000 m² - 15 000 AZN
Kirayə (aylıq) Obyekt
Aşağı Güzdək, Abşeron r.
5000 m² - 15 000 AZN
Kirayə (aylıq) Obyekt
Bakmil m., Nərimanov r.
3000 m² - 126 000 AZN
Satılır Köhnə Tikili
Memar Əcəmi m., 5-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 2/5 mərtəbə - 3 600 AZN
Kirayə (aylıq) Obyekt
Sumqayıt ş.
1200 m² - 5 000 AZN
Kirayə (aylıq) Obyekt
Sabunçu r.
1500 m² - 70 000 AZN
Satılır Həyət evi/villa
Saatlı ş.
4 otaqlı 120 m² - 34 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 50 m² - 1 050 000 AZN
Satılır Torpaq
Badamdar qəs., Səbail r.
6.7 sot