Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
- 19.02.2023
- 1384
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.
Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 26Noyabr202410:3525Azərbaycanda bəzi deputatlara, evi olanlara da - MƏNZİL VERİLİB
- 20Noyabr202410:17112“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:402469 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37220Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20355Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
- 01Noyabr202419:00476Oktiyabr ayının ən reytinqli 50 istifadəçisi
Yeni Elanlar
- 115 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 98 m² 7/10 mərtəbə - 69 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 75 m² 3/6 mərtəbə - 1 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 86 m² 6/18 mərtəbə - 2 500 AZN
Kirayə (aylıq) Obyekt
Binəqədi r.
70 m² - 415 000 AZN
Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 112 m² 6/16 mərtəbə - 102 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 14/17 mərtəbə - 1 100 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 7/16 mərtəbə - 450 AZN
Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 41 m² 2/10 mərtəbə - 680 AZN
Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 90 m² 10/17 mərtəbə - 400 000 AZN
Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 200 m² 8/18 mərtəbə - 159 000 AZN
Satılır Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
37 m² - 750 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
1 otaqlı 56 m² 16/16 mərtəbə - 550 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Gənclik m., Nərimanov r.
3 otaqlı 85 m² - 138 000 AZN
Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 80 m² 4/5 mərtəbə - 11 200 AZN
Kirayə (aylıq) Obyekt
Əhmədli m., Xətai r.
620 m² - 68 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 3/8 mərtəbə - 75 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
5 otaqlı 104 m² - 95 000 AZN
Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 35 m² 5/5 mərtəbə - 348 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 85 m² 14/17 mərtəbə - 87 000 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 110 m² - 110 000 AZN
Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 75 m² 2/5 mərtəbə - 324 000 AZN
Satılır Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 107 m² 13/27 mərtəbə - 650 AZN
Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 60 m² 2/9 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 115 m² 4/24 mərtəbə - 308 000 AZN
Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 96 m² 6/19 mərtəbə - 700 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Koroğlu m., Nizami r.
2 otaqlı 70 m² 3/9 mərtəbə - 170 000 AZN
Satılır Obyekt
Yeni Ramana, Sabunçu r.
311 m² - 1 700 AZN
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 131 m² 3/16 mərtəbə - 28 500 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 38 m² 8/8 mərtəbə - 1 100 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 128 m² 7/14 mərtəbə