Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
- 19.02.2023
- 1349
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.
Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 20Noyabr202410:1758“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:401949 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37182Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20305Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
- 01Noyabr202419:00423Oktiyabr ayının ən reytinqli 50 istifadəçisi
- 31Oktyabr202410:13353O binanı hələ də alan yoxdur - Qiyməti 25% də endirildi
Yeni Elanlar
- 52 000 AZN
Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 70 m² - 165 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 85 m² 16/18 mərtəbə - 500 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Suraxanı r.
2 otaqlı 75 m² - 220 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 100 m² 14/18 mərtəbə - 138 000 AZN
Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 4/9 mərtəbə - 600 AZN
Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 96 m² 16/21 mərtəbə - 1 255 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 136 m² 7/18 mərtəbə - 75 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 68 m² 1/4 mərtəbə - 800 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 67 m² 4/16 mərtəbə - 159 000 AZN
Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
1 otaqlı 50 m² 4/13 mərtəbə - 365 000 AZN
Satılır Ofis
Nərimanov r.
3 otaqlı 150 m² - 1 300 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 9/16 mərtəbə - 165 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 95 m² 3/12 mərtəbə - 1 300 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 130 m² 9/16 mərtəbə - 132 000 AZN
Satılır Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 80 m² 8/10 mərtəbə - 52 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 55 m² 5/5 mərtəbə - 40 AZN
Kirayə (günlük) Yeni Tikili
20 Yanvar m., 1-ci mikrorayon, Avropa otel, Nəsimi r.
2 otaqlı 73 m² 1/20 mərtəbə - 165 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 84.1 m² 11/18 mərtəbə - 160 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Nəsimi r.
2 otaqlı 65 m² 5/9 mərtəbə - 120 000 AZN
Satılır Həyət evi/villa
Quba ş.
5 otaqlı 220 m² - 1 300 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 9/18 mərtəbə - 170 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 95 m² 2/18 mərtəbə - 750 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Qış parkı, Yasamal r.
2 otaqlı 80 m² 15/17 mərtəbə - 750 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 100 m² 7/7 mərtəbə - 1 099 AZN
Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 108 m² 12/15 mərtəbə - 112 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 94 m² 2/7 mərtəbə - 25 000 AZN
Satılır Torpaq
Mehdiabad, Abşeron r.
12 sot - 67 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² - 108 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 120 m² - 750 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Xətai r.
3 otaqlı 90 m² 7/7 mərtəbə