Bakının bütün rayonlarında mənzillər avqustda bahalaşıb
Bu ilin avqust ayında Bakının bütün rayonlarında daşınmaz əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, bahalaşma həm mənzilləri və fərdi yaşayış evlərini, həm torpaq sahələrini, həm də qeyri-yaşayış obyektlərini əhatə edib. Artım templəri seqmentlər üzrə fərqlənsə də, ümumi tendensiya sabit bahalaşmanı göstərir.
Köhnə tikili mənzillər: Səbail rayonu bahalaşmada liderdir
V.Oruc deyir ki, son bir ildə paytaxtın mərkəzi rayonlarındakı köhnə tikililərdə qiymət artımı yeni tikililərdəki qiymət artımını geridə qoyub. Onun sözlərinə görə, Səbail rayonunda 25,2 %, Yasamal rayonunda 24,5 %, Nəsimi rayonunda isə 19,6 % bahalaşma qeydə alınıb. Bu, insanların mənzillərin yeni və yaxud köhnə olmasına baxmayaraq mərkəzdə yaşamağa meylinin güclənməsindən xəbər verir. Digər rayonlarda isə qiymət artımı nisbətən az olub. Nərimanov rayonunda 17,2 %, Xətai rayonunda 13 %, Sabunçu rayonunda 12,4 %, Nizami rayonunda 10 %, Xəzər rayonunda 9 %, Binəqədi rayonunda 8,5 %, Suraxanı rayonunda 7 %, Qaradağ rayonunda 6,5 %, Pirallahı rayonunda isə cəmi 1,4 % bahalaşma qeydə alınıb.
Yeni tikili mənzillər: Xətai rayonu bahalaşmada öndə gedir
İl ərzində Bakıda yeni tikili mənzillərin qiymətlərində ən yüksək artım Xətai rayonunda qeydə alınıb – 24 %. Bahalaşma Yasamal rayonunda 23 %, Səbail rayonunda 22 %, Nərimanov rayonunda 20,2 %, Nəsimi rayonunda 19,5 %, Nizami rayonunda 17,1 %, Sabunçu rayonunda 12,5 %,Binəqədi rayonunda 12 %, Suraxanı rayonunda 10 %, Xəzər rayonunda 8,5 %, Pirallahı rayonunda 7,4 %, Qaradağ rayonunda isə 6 % olub.
Fərdi yaşayış evləri: Ən kəskin bahalaşma Səbail rayonunda olub
Hesabat dövründə paytaxtda fərdi evlərin qiymətlərində ən çox artım Səbail rayonunda baş verib - 26,5 %. Bahalaşma Yasamal rayonunda 23 %, Nizami rayonunda 18 %, Nərimanov rayonunda 17,8 %, Xəzər rayonunda 16,5 %, Nəsimi rayonunda 15,2 %, Sabunçu rayonunda 14,8 %, Binəqədi rayonunda 13 %, Suraxanı rayonunda 12,4 %, Pirallahı rayonunda 10 %, Xətai rayonunda 9,9 %, Qaradağ rayonunda isə 9 % olub.
Torpaq sahələri: Mərkəzdə bahalaşma sürətlənib
Avqustda Bakının mərkəzində torpaq sahələrinin bahalaşması sürətlənib. Ən yüksək qiymət artımı Səbail (27,8 %), Yasamal (24,7 %) və Nəsimi (22 %) rayonlarında müşahidə olunub. Bu, şəhərin mərkəzi ərazilərində torpaq təklifinin məhdudluğu və investisiya maraqlarının yüksəkliyi ilə bağlıdır. Bahalaşma Nizami rayonunda 20 %, Nərimanov rayonunda 17,5 %, Xəzər rayonunda 18 %, Xətai rayonunda 14,5 %. Binəqədi rayonunda 13,2 %, Sabunçu rayonunda 10,1 %, Suraxanı rayonunda 9,6 %, Pirallahı rayonunda 7 %, Qaradağ rayonunda isə 6,5 % olub.
Qeyri-yaşayış obyektləri: Ticarət və biznes sahələrinə maraq artır
Ay ərzində qeyri-yaşayış sahələri də paytaxtın mərkəzi rayonlarda daha çox bahalaşıb. Belə ki, Nərimanov rayonunda 22 %, Nəsimi rayonunda 21 %, Səbail rayonunda 19,5 %, Yasamal rayonunda isə 19 % qiymət artımı baş verib. Bu, biznes mərkəzlərinə yaxınlıq, xidmət sektorunun inkişafı və kommersiya obyektlərinə artan tələblə əlaqələndirilir. Mərkəzdən kənar rayonlarda bahalaşma templəri bir qədər zəif olub. Sabunçu rayonunda 12,4 %, Xətai rayonunda 12,1 %, Nizami rayonunda 11,9 %, Xəzər rayonunda 10,5 %, Binəqədi rayonunda 10,3 %, Suraxanı rayonunda 8,5 %, Qaradağ rayonunda 7 %, Pirallahı rayonunda isə 5,4 % qiymət artımı olub.
Təklif azalır, tələbat artır
V.Orucun sözlərinə görə, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".
AQC sədri hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: " Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür".
Beləliklə, Bakı daşınmaz əmlak bazarında son bir ildə bütün seqmentlər üzrə iki rəqəmli artım qeydə alınıb. Orta hesabla yeni tikili mənzillər 15,6 %, köhnə tikili mənzillər 11,4 %, fərdi yaşayış evləri 14 %, torpaq sahələri 17 %, qeyri-yaşayış obyektləri isə 13,5 % bahalaşıb.
- 03.09.2025
- 481
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
650Bugün, 12:18Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 65 m² 2/5 mərtəbə -
550Bugün, 12:17Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 95 m² 3/4 mərtəbə -
110 000Bugün, 12:16Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 87 m² 3/14 mərtəbə -
300 000Bugün, 12:16Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
7 otaqlı 460 m² -
162 500Bugün, 12:12Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 54 m² 7/16 mərtəbə -
400Bugün, 12:12Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 60 m² 3/14 mərtəbə -
850Bugün, 12:11Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 63 m² 2/16 mərtəbə -
199 000Bugün, 12:10Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 60 m² 9/14 mərtəbə -
1 200Bugün, 12:08Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 65 m² 4/17 mərtəbə -
600Bugün, 12:07Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli, Xətai r.
2 otaqlı 70 m² 5/9 mərtəbə -
289 000Bugün, 12:07Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 132 m² 3/18 mərtəbə -
230 000Bugün, 12:06Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 62 m² 3/5 mərtəbə -
800Bugün, 12:02Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
2 otaqlı 55 m² 3/5 mərtəbə -
650Bugün, 12:00Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 50 m² 14/16 mərtəbə -
115 000Bugün, 11:58Satılır Köhnə Tikili
Xırdalan ş.
3 otaqlı 65 m² 2/5 mərtəbə -
800Bugün, 11:56Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 66 m² 7/15 mərtəbə -
600Bugün, 11:55Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 75 m² 8/9 mərtəbə -
130 000Bugün, 11:53Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 47 m² 5/9 mərtəbə -
270 000Bugün, 11:52Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 90 m² 3/5 mərtəbə -
145 000Bugün, 11:47Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 65 m² 4/9 mərtəbə -
119 000Bugün, 11:46Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
1 otaqlı 53 m² 14/20 mərtəbə -
73 000Bugün, 11:39Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 70 m² 1/2 mərtəbə -
222 000Bugün, 11:35Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 67 m² 2/20 mərtəbə -
1 500Bugün, 11:32Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
2 otaqlı 105 m² 9/27 mərtəbə -
165 000Bugün, 11:26Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 75 m² 5/9 mərtəbə -
208 000Bugün, 11:25Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 110 m² 2/5 mərtəbə -
140 000Bugün, 11:24Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 59 m² 7/9 mərtəbə -
163 000Bugün, 11:19Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 54 m² 7/18 mərtəbə -
120 000Bugün, 11:02Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 70 m² 13/13 mərtəbə -
650Bugün, 10:59Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 20/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller