Bakının bu küçəsində obyektlərin müştəri sayı, gəliri və qiyməti 50% artacaq – ARAŞDIRMA
Xəbər verildiyi kimi, Bakının mərkəzi hissəsidə daha bir küçə turizm və piyada zonasına çevrilib.
Bakının mərkəzində böyük bir ərazi turizm zonasına çevrilir – MAŞINLARA QADAĞA QOYULDU
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarı ilə Fəvvarələr meydanı və Qış Parkının arasındakı ərazi, İsçlam Səfərli küçəsi avtomobillərdən azad zona elan edilib. Bura avtomobillərin girişi qadağan edilib və turizm və piyada zonasına çevrilib.
«Piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq»-deyə qərarda bildirilir.
Dövlət qurumunun bu qərarı avtomobil istifadəçiləri tərəfindən narazılıqla qarşılansa da, buradakı ticarət və diər kommersiya obyektlərinin sahiblərinin böyük razılığına səbəb olub. Belə ki, ərazinin piyada zonası elan edilməsi buradakı obyektlərin dövriyyəsini və gəlirlərini kəskin artırmalıdır.
Beynəlxalq təcrübə də göstərir ki, ərazinin piyada və ya velosiped zolağına çerilməsi buradakı kommersiya obyektlərinin müştərilər tərəfindən daha çox ziyarət olunmasına və gəlirliliyinə kömək edir. Belə ki, düzgün planlaşdırılmış piyada zonaları adətən satışları və müştəri sayını artırır, mağazada müştərinin qalması vaxtı artır, nəticədə obyektin icarə haqları və satış qiyməti yüksələ bilər.
Məsələn, vaxtilə Nyu-York ərazisində Manhettendəki 9-cu prospekt piyada zonası elan edildikdən sonra buradakı obyektlərə müştərilərin gəlişi və burada keçirdiyi vaxt 77%, satışlar isə 49% artıb. Həmin vaxt ümumi şəhər üzrə artım cəmi 3% olmuşdu. Obyektlərin icarəsinə tələbat isə 172%, yəni 2,7 dəfə dəfə artıb. Halbuki ümumi şəhər üzrə artım göstəricisi 18% idi.
Londonun təcrübəsi isə göstərir ki, piyada ərazisi olan yerlərdə pərakəndə ticarət canlanır, boş obyektlər azalır, piyada və ya velosipedlə gəzənlər isə alverdə 40% daha artıq pul xərcləyir. Məsələn, bu ərazilərdə boş obyektlərin 17%, Nyu-Yorkda isə boş obyektlərin 49% azalması baş verib. İcarət haqlarında isə əksinə 20-25% artım var. Bu hal özünü London, Nyu-York və Hrnq Konq təcrübəsində göstərir.
Küçənin piyada zonası elan edilməsi nəticəsində ən çox faydalanan obyektlər qida-içki, kafe-restoran, kiçik pərakəndə və xidmət sahələri olur.
Nəticədə impulsiv davranışlara və xərclərə əsaslanan sahələr, məsələn kafe, restoran, dondurma/kofe köşkləri, çörəkxana kimi obyektlər daha çox faydalanır. Yəni bura gələn müştərilərin sayı və orta çekin məbləği böyüyür – yəni müştərinin bir oturuma xərclədiyi vəsait azı 2 dəfə artır.
Eyni zamanda bu ərazilər butiklər, kitab mağazaları, bərbər-gözəllik, telefon təmiri, aptek, kiçik ofis-xidmətləri üçün də sərfəli zonaya çevrilir. Nəhayət bu ərazilərdə qalereya, mini-muzey, uşaq fəaliyyət mərkəzləri və sair təşkil etmək olar.
Bütün bunlar bu ərazilərdəki obyektlərin satış qiymətinə də təsirini göstərir. Məsələn, bir neçə il bundan əvvəl İstanbulda İstiqlal caddəsinin piyada ərazisi elan edilməsindən sonra burada torpaq/obyekt qiymətləri kəskin artıb.
Beləliklə dünya təcrübəsinə əsasən, ərazinin piyada zonası elan edilməsindən sonra bu ərazilərdəki obyektlərdə satışlar 10-50%, icarə haqları 20-25% artır. Boş olan obyektlər varsa, onların da sayında 20-50% azalma baş verir. Müştəri sayı 10-30%, müştərinin obyektdə keçirdiyi vaxt isə 77% yüksəlir.
Başqa sözlə, İslam Səfərli küçəsinin piyada zonası elan edilməsi və bu prosesin sonradan yaxınlıqdakı küçələrə də aid edilməsi perspetivi həmin ərazilərdəki obyektlərin dövriyyəsinə, müştəri sayına və gəlirlərinə ciddi təsir edəcək. Nəticədə burada icarə haqlarının artması da qaçılmazdır. Eyni zamanda indiyədək fəaliyyət göstərən bəzi obyektlərin profilini dəyişərək daha piyada yönümlü olması da gözlənilir. Bu da son nəticədə qiymətlərin artımına səbəb olacaq.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, belə ərazilərin piyada zonasına çevrilməsi buradakı obyektlərə ancaq müsbət təsir edir, onların müştəri axını və gəlirləri böyüyür: «Bakıda belə hal artıq baş verib. Ümumiyyətlə 2040-cı il Bakının Baş Planına uyğun olaraq paytaxtda bəzi yeniliklər tətiq olunur. Bu yeniliklərdən biri də piyada sahələrinin formalaşdırılmiasıdır. Belə bir təcrübə ilk dəfə 28 May metro stansiyası ətrafında həyata keçirildi, daha sonra Xaqani küçəsi və Malakan bağı ətrafında istifadə olundu. Bu təbii ki, həmin ərazidə olan obyektləri daha çox cəlbedici edir və onların həm büdcəsinə, həm də gündəlik ziyarətçi sayına təsir göstərir».
Burada məntiq sadədir, piyada yolu qarşısındakı obyektlər daha cəlbedicidir. Çünki ümumiyyətlə obyektlərin icarə qiymətini müəyyən edəndə həmin obyektin qarşısından nə qədər insan keçdiyi ölçülür, həmin ərazidə piyada yolu yaradılanda isə bu o deməkdir ki, həmin ərazidəki obyektlərin qarşısından keçən insanların sayı daha artıq olacaq: Bu da həmin obyektlərin həm icarə həm də satış qiymətinin artmasına səbəb olacaq, çünki ilk növbədə o deməkdir ki, vətəndaşların həmin obyektlərə daxil olma sayında artım baş verəcək, bu da qeyri-yaşayış obyektlərinin gündəlik ticarətinin və dövriyyəsinin artması ilə nəticələnəcək».
Nəticədə bu proses həmin obyektlərin qiymətinin artımına səbəb olacaq: «Təcrübəyə əsasən deyə bilərik ki, belə olan halda obyektlərin dəyəri təqribən yarıbayarı - yəni 50% artır. Qeyd etdiyim kimi, həm 28 May metrosu ətrafında, həm də Malakan bağı ətrafındakı təcrübədə biz bunu müşahidə etdik. Həmin ərazilər piyada zonası elan edildikdən sonra buradakı obyektlərin qiymətində 50% artım baş verdi».
Amma AQC sədrinin sözlərinə görə, sözügedən ərazidə qiymətlərin dərhal artacağını demək düzgün olmaz. Çünki hər hansı dəyişiklikdən sonra ticarət və sair obyektlərin yeni vəziyyətə uyğunlaşması tələb olunur: «Sadə desək, obyektlərin qiyməti o zaman artmağa başlayır ki, onların dövriyyəsi və gəlirləri real olaraq artmağa başlasın.
Buna görə də ilk dövrlərdə qiymətlərin fundamental şəkildə bahalaşacağını gözləmək hələ tezdir, amma müəyyən dövrdən sonra buradakı ticarət obyektlərinin qiymətlərinin artacağını gözləmək olar».
- 01.09.2025
- 472
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
500Bugün, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
850Bugün, 15:04Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 74 m² 8/22 mərtəbə -
2 000Bugün, 14:50Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 9/15 mərtəbə -
800Bugün, 14:49Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Binəqədi r.
4 otaqlı 110 m² 5/15 mərtəbə -
55 000Bugün, 14:48Satılır Həyət evi/villa
Yaşıl dərə r., Sumqayıt ş.
3 otaqlı 70 m² -
250 000Bugün, 14:46Satılır Həyət evi/villa
Qəbələ ş.
6 otaqlı 180 m² -
165 000Bugün, 14:43Satılır Yeni Tikili
Gənclik m., 8-ci mikrorayon, Ayna Sultanova heykəli, Binəqədi r.
2 otaqlı 60 m² 15/17 mərtəbə -
50Bugün, 14:42Kirayə (günlük) Yeni Tikili
Sahil m., Səbail r.
2 otaqlı 70 m² 2/6 mərtəbə -
1 800 000Bugün, 14:30Satılır Torpaq
Sumqayıt ş.
140 sot -
10 000Bugün, 14:30Kirayə (aylıq) Obyekt
Hökməli, Abşeron r.
1200 m² -
1 100Bugün, 14:29Kirayə (aylıq) Obyekt
Binəqədi r.
75 m² -
700Bugün, 14:28Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 101 m² 4/16 mərtəbə -
1 300Bugün, 14:25Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Xətai r.
10 otaqlı 400 m² -
2 000Bugün, 14:16Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
5 otaqlı 175 m² -
350Bugün, 14:14Kirayə (aylıq) Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 50 m² 1/4 mərtəbə -
235 000Bugün, 14:13Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 68 m² 6/12 mərtəbə -
600Bugün, 14:11Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 70 m² 3/5 mərtəbə -
115 000Bugün, 14:04Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 55 m² 1/2 mərtəbə -
900Bugün, 14:01Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 67 m² 4/21 mərtəbə -
3 000 000Bugün, 14:01Satılır Obyekt
Gənclik m., Olimpik Star, Nəsimi r.
880 m² -
350 000Bugün, 13:57Satılır Obyekt
Həzi Aslanov m., Xətai r.
72 m² -
1 500Bugün, 13:57Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 140 m² 9/16 mərtəbə -
92 500Bugün, 13:56Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 11/11 mərtəbə -
900Bugün, 13:55Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 70 m² 5/20 mərtəbə -
900Bugün, 13:55Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
2 otaqlı 70 m² 4/14 mərtəbə -
235 000Bugün, 13:54Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 97 m² 12/17 mərtəbə -
1 400Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
4 otaqlı 150 m² 15/16 mərtəbə -
700Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 55 m² 5/16 mərtəbə -
2 500Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 103 m² 4/7 mərtəbə -
1 300Bugün, 13:53Kirayə (aylıq) Ofis
Dostluq kinoteatrı, Nəsimi r.
3 otaqlı 80 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller