Bakıda kiçik sahəli mənzillərə tələbat artdı

Bakıda kiçik sahəli mənzillərə tələbat artdı

Bakıda mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu tip mənzillər xüsusilə investisiya məqsədilə alınır. Yəni, belə evləri alıb öz istifadəsi üçün edənlər çox azdır.

Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Yəni, bəzi sakinlər yaşadıqları mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.

Ramil Osmanlı deyib ki, qiymət artımı davam edərsə, kiçiksahəli mənzillərə maraq daha da yüksələcək.

O, 2026-cı il ərzində daşınmaz əmlak bazarında ümumi bahalaşma tendensiyasının davam edəcəyini bildirib. Proqnoza əsasən, şəhərin inkişaf layihələrinin, yeni yolların, abadlıq və tikinti işlərinin həyata keçirildiyi ərazilərdə qiymət artımı daha yüksək ola bilər.

    31.08.2026
  • 43
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Yeni Elanlar

Hamısına bax

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller