Bakıda daşınmaz əmlak bazarında seqmentlər üzrə likvidlik fərqləri kəskinləşib
Bakıda mart ayı ərzində daşınmaz əmlak bazarında müxtəlif seqmentlər arasında likvidlik göstəricilərində əhəmiyyətli fərqlər ortaya çıxıb.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib.
"Ən yüksək likvidlik kütləvi yaşayış seqmentində müşahidə edilir, premium seqment və torpaq bazarında isə satışın reallaşma müddəti daha uzun sürür", - AQP qeyd edir.
Məlumata görə, kütləvi yaşayış seqmentində 1 kvadratmetrin orta dəyəri 2 050 manat səviyyəsindədir. Həmin seqmentdə qiymətlər illik müqayisədə 7 % yüksəlib, satışın baş tutma müddəti isə orta hesabla 45-60 gün intervalında dəyişir. Endirim səviyyəsinin 3-5 % olması ilə bu seqment bazarın ən likvid hissəsi kimi dəyərləndirilir.
Genişlənmə zonalarında qiymət diapazonu 1 700-2 200 manat arasında formalaşıb. Bu ərazilərdə bahalaşma tempi 9-10 % həddindədir. Lakin satışın reallaşma müddətinin 60-90 gün, diskontun isə 5-7 % təşkil etməsi səbəbindən bu seqmentdə likvidlik orta səviyyə kimi qiymətləndirilir.
Premium zonalarda median qiymət göstəricisi 3 600-4 200 manat aralığındadır. Bahalaşma tempi nisbətən zəifdir – cəmi 2-3 % civarındadır. Bu seqmentdə satış müddəti 110-150 günə çatır, endirim isə 7-10 % həddindədir ki, bu da likvidliyin aşağı olduğuna işarə edir.
Köhnə tikili bazarında median qiymət 2 150 manat ətrafında formalaşıb. Bu seqmentdə qiymət artımı 3-4 %, satış müddəti 60-80 gün, endirim səviyyəsi isə 5-6 % təşkil edir. AQP-də hesab edirlər ki, likvidlik burada orta həddə qalmaqda davam edir.
Palatadan bildirilib ki, torpaq bazarında likvidlik ən aşağı göstəricidədir. 1 sot torpağın dəyəri 120-180 manat intervalında dəyişir. Qiymət artım tempinin 9-11 % olmasına baxmayaraq, satış müddətinin 90-180 gün, diskontun isə 10-20 % təşkil etməsi alqı-satqı əməliyyatlarının bu sahədə daha çətin həyata keçirildiyini sübut edir.
"Ümumi mənzərəyə nəzər saldıqda, daha münasib qiymətə malik və geniş alıcı auditoriyasına hesablanmış seqmentlər sürətli dövriyyə ilə fərqlənir. Yüksək büdcə tələb edən seqmentlər və torpaq bazarı isə uzun satış dövrü ilə səciyyələnir", - AQP qeyd edir.
- 08.04.2026
- 98
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
400Dünən, 23:39Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 2/10 mərtəbə -
400Dünən, 23:19Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
42 000Dünən, 23:01Satılır Bağ evi
Sumqayıt ş.
3 otaqlı 1.8 sot -
115 000Dünən, 22:49Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 86 m² 3/6 mərtəbə -
400Dünən, 22:36Kirayə (aylıq) Köhnə Tikili
Sumqayıt ş.
3 otaqlı 60 m² 2/2 mərtəbə -
155 000Dünən, 22:02Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 104 m² -
500Dünən, 21:36Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 40 m² 5/5 mərtəbə -
20 000Dünən, 21:11Satılır Torpaq
Yeni Ramana, Sabunçu r.
2 sot -
114 900Dünən, 21:06Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 51 m² 7/10 mərtəbə -
16 800Dünən, 21:04Satılır Torpaq
Şamaxı ş.
6 sot -
97 000Dünən, 20:56Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 41 m² 6/10 mərtəbə -
81 000Dünən, 20:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 50 m² 4/6 mərtəbə -
1 400Dünən, 20:27Kirayə (aylıq) Ofis
Sahil m., Nəsimi r.
3 otaqlı 91 m² -
2 700Dünən, 20:20Kirayə (aylıq) Obyekt
Sahil m., Nəsimi r.
109 m² -
190 000Dünən, 19:55Satılır Həyət evi/villa
Savalan qəs., Sabunçu r.
7 otaqlı 220 m² -
106 000Dünən, 19:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 83 m² 5/6 mərtəbə -
72 000Dünən, 19:52Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 36 m² 2/3 mərtəbə -
850Dünən, 19:37Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 140 m² 6/17 mərtəbə -
500Dünən, 19:26Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 40 m² 11/17 mərtəbə -
77 000Dünən, 19:22Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 67 m² 4/4 mərtəbə -
100Dünən, 19:12Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
2 otaqlı 80 m² -
100Dünən, 19:02Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
2 otaqlı 80 m² -
600Dünən, 18:56Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
600Dünən, 18:50Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., Binəqədi r.
1 otaqlı 60 m² 8/17 mərtəbə -
210 000Dünən, 18:42Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 85 m² 5/5 mərtəbə -
10 000Dünən, 18:37Satılır Torpaq
Quba ş.
60 sot -
650Dünən, 18:22Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 55 m² 2/9 mərtəbə -
75 000Dünən, 18:09Satılır Həyət evi/villa
Lökbatan qəs., Binə ticarət mərkəzi, Qaradağ r.
3 otaqlı 75 m² -
30Dünən, 17:54Kirayə (günlük) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 45 m² 4/5 mərtəbə -
1 498Dünən, 17:52Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
3 otaqlı 150 m² 13/27 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller