Bakıda bahalı ərazilər - Kvadratı 7 min manat olan - MƏNZİLLƏR
Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.
Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.
Ekspert qeyd edib ki, mənzil tikintisi üçün xərclər 1 kvadrat metrə, təxminən 600-1000 manatadək hesablanır. Bu, hər yerdə standart qiymət aralığı olaraq tətbiq edilir:
"Hal-hazırda ucuz evlər çıxarışı olmayan fərdi yaşayış evləridir. Faktiki olaraq Bakı və Abşeron ərazisində çıxarışı olmayan fərdi yaşayış evləri var. Çıxarışın olmaması torpağın qiymətini 50%-ə qədər uçuzlaşdırır. Rəsmi alqı-satqı mümkün olmadığı üçün bu kateqoriyaya aid olan mülklər etibarnamə əsasında alınıb-satılır. Riskli prosesə görə qiymət də aşağı məbləğdə müəyyən olunur. Bu tip torpaq sahələri yüz ildən artıqdır ki, yaşayış yerləri kimi olsa da, sənədləşməsi mümkün deyil".
Ekspert bu tip ərazilərə neft yataqları ərazilərini, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri və təhlükəsizlik zonalarını, dəmiryol xətlərinə yaxın hissələri, təsərrüfat təyinatlı torpaqları və s. aid edib. Bakı və Abşeronda yüz minlərlə belə əmlak var".
Elnur Fərzəliyev qeyd edib ki, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin sərəncamları, bağlar idarəsinin sənədləri yaşayış evinin tikilməsi üçün həlledici sənəd deyil:
"Yaranmış vəziyyətə uyğun olaraq amnitsiya tətbiq olunmalıdır. Nəticədə bu qədər tikilmiş çox sayda ev çıxarışla təmin olunar. Xarici ölkələrdə bu təcrübə var. Ötən il də Gürcüstanda tətbiq olundu. Digər tərəfdən, tam sənədləşmə imkan verəcək ki, dövlət qanuna müvafiq şəkildə torpaq və əmlak vergisi tətbiq edə bilsin. Əmlakın müvafiq sənədlərinin olmaması miras və digər bölgüləri də çətinləşdirir".
Ekspert vurğulayıb ki, baha olan ərazilər paytaxtın mərkəz hissələri, Badamdar, “Varovski” deyilən ərazi, Teymur Əliyev, Məmməd Araz və s. küçələridir. Mərkəz ərazilərdə mənzillərin 1 kvadrat metr sahəsi 4000-7000 manat aralığındadır:
"Mənzil bazarında ucuzlaşma mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən çoxmərtəbəli binalarda sahəsi, otaq sayı çox olan mənzillərdə müşahidə olunur. Bunun səbəbi sahəsinə görə qiymətinin baha olmasıdır. Alıcı daha az xərc üçün kiçik sahəli mənzillərə üstünlük verir. Dəyəri bir milyondan baha olan müklərin alıcılıq qabiliyyəti çox aşağıdır. Bununla belə, fərdi yaşayış evləri ilə müqayisədə çox mərtəbəli bina mənzillərinə tələbat daha çoxdur. Son 4-5 ilin statistikasına əsasən satılan çıxarışlı əmlakların 60%-dən yuxarı hissəsi müxtəlif kredit şərtləri ilə satılan evlərdir. Daha dəqiq desək, ipoteka şərtləri ilə alınan mənzillər üstünlük təşkil edir".
- 13.02.2026
- 149
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
65 000Bugün, 12:29Satılır Torpaq
Qəbələ ş.
7 sot -
850 000Bugün, 12:21Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
5 otaqlı 280 m² 12/16 mərtəbə -
550Bugün, 12:19Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 70 m² 1/5 mərtəbə -
183 001Bugün, 12:15Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
5 otaqlı 150 m² -
550 000Bugün, 12:09Satılır Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., Space TV, Yasamal r.
143 m² -
500Bugün, 12:06Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 50 m² 4/9 mərtəbə -
595 000Bugün, 12:04Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 220 m² 9/16 mərtəbə -
214 999Bugün, 12:02Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 63 m² 5/16 mərtəbə -
230 000Bugün, 12:00Satılır Həyət evi/villa
Azadlıq m., Rəsulzadə qəs., Binəqədi r.
5 otaqlı 183 m² -
255 000Bugün, 11:54Satılır Yeni Tikili
Nizami r.
2 otaqlı 77 m² 6/16 mərtəbə -
150 000Bugün, 11:52Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Neapol dairəsi, Xətai r.
2 otaqlı 55 m² 5/9 mərtəbə -
160 000Bugün, 11:49Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 75 m² 4/5 mərtəbə -
450Bugün, 11:49Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 58 m² 11/14 mərtəbə -
850Bugün, 11:32Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 75 m² 15/17 mərtəbə -
250 000Bugün, 11:30Satılır Həyət evi/villa
Bakıxanov qəs., Fidan ş/s, Sabunçu r.
3 otaqlı 130 m² -
350 000Bugün, 11:26Satılır Torpaq
Koroğlu m., Bilgəh qəs., Sabunçu r.
25 sot -
500Bugün, 11:26Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi m., Nəsimi r.
1 otaqlı 50 m² 5/5 mərtəbə -
148 000Bugün, 11:22Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 75 m² 17/17 mərtəbə -
550Bugün, 11:14Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 65 m² 5/5 mərtəbə -
600Bugün, 11:11Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 40 m² 6/16 mərtəbə -
195 000Bugün, 11:00Satılır Yeni Tikili
Nizami r.
3 otaqlı 109 m² 17/17 mərtəbə -
25 000Bugün, 10:59Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 82 m² 11/16 mərtəbə -
236 000Bugün, 10:56Satılır Yeni Tikili
Nizami r.
3 otaqlı 74 m² 4/18 mərtəbə -
3 000Bugün, 10:49Kirayə (aylıq) Bağ evi
Türkan, Xəzər r.
5 otaqlı 8 sot -
143 000Bugün, 10:41Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 68 m² 17/18 mərtəbə -
295 000Bugün, 10:37Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., İctimai telekanalı, Yasamal r.
3 otaqlı 135 m² 8/12 mərtəbə -
330Bugün, 10:15Kirayə (aylıq) Həyət evi/villa
Nəsimi m., Binəqədi r.
1 otaqlı 25 m² -
800Bugün, 10:11Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 100 m² 4/5 mərtəbə -
135 000Bugün, 09:51Satılır Bağ evi
Məhəmmədli, Abşeron r.
3 otaqlı 5 sot -
11 000Bugün, 09:45Satılır Torpaq
Qobu, Abşeron r.
4 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller