Bakıda aparılan söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək? - ARAŞDIRMA
Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata əsasən, paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi ön plandadır. Bu səbəbdən şəhərin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. Maraqlıdır, ilkin mərhələdə hansı ərazilərin sökülməsi nəzərdə tutulub? Ən əsası, söküntü işləri həmin ərazilərdə əmlakın satışı və kirayə qiymətlərinə necə təsir edəcək?
"Alqı-satqı sürətlənəcək"
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda söküntü işləri Bakının Yasamal rayonunda, "Sovetski" adlanan ərazinin bir hissəsində aparılır: "Burada qəzalı və köhnə binalar sökülür. Həmin ərazilərdə tarixi abidələr, memarlıq üslubunda tikilən çoxsaylı binalar var ki, onlar təmir olunur. Sökülən ərazilərdə isə yalnız mənzillər deyil, yeni parkların salınması nəzərdə tutulur. Bu, keçmiş Bakını qoruyub saxlamağa və şəhərin mərkəzində sıxlığın aradan qaldırılmasına hesablanıb. Digər tərəfdən, söküntülər yeni avtomobil yollarının salınması ilə bağlı da aparılır. Təbii ki, evləri sökülən şəxslər mənzil axtarışına çıxacaq və yalnız mərkəzdə deyil, kənar ərazilərdə də alqı-satqı sürətlənəcək. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək".
Tələb çox, say az - bahalaşma qaçılmazdır
Mütəxəssis bildirir ki, kirayə bazarında nəinki qiymətlər bahalaşacaq, ümumiyyətlə, mənzil qıtlığı müşahidə olunacaq:
"Nəzərə almaq lazımdır ki, sökülən mənzillərin böyük bir hissəsi kirayəyə verilirdi. Həmçinin evləri sökülən şəxslər mənzil alana qədər bəlli müddət kirayədə yaşamaq məcburiyyətindədirlər. Təbii ki, bu, kirayə bazarında da qiymətləri artıracaq. Tələb çox, say az olduğu üçün bahalaşma qaçılmazdır".
"Paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq"
Qiymətlərə gəldikdə isə, E.Fərzəliyev bildirir ki, qiymətlər ortalama 10 faizə qədər artacaq:
"Əmlaklarla bağlı konkret qiymət demək olmur. Otaq sayına, yerləşmə yerinə və binanın ilinə görə qiymətlər müxtəlifdir. Adətən yay aylarında həyət evlərinə tələbat artır, çoxmənzilli binalara azalır. Təbii ki, tələbat azalanda qismən enmələr qaçılmaz olur, amma söküntülərlə bağlı müştəri çox olduqda, azalmadan danışa bilmərik. Əgər qısa zaman ərzində əmlak bazarına yüzlərlə müştəri müraciət edərsə, bu, qiymətlərin ortalama 10 faizə qədər artması deməkdir. Qiymətlərin baha olması ilə yanaşı, ev tapmaq da çətinləşəcək. 2040-cı ilə qədər paytaxt Baş plana uyğun olacaq. Bu da onu deməyə əsas verir ki, çox sayda köhnə bina və fərdi həyət evi söküləcək. Təbii ki, ən ucuz kirayə verilən və satılan mənzillər köhnə binalarda və həyət evlərində olurdu. Onları yeni tikililər əvəzlədikdə, mənzillərin qiymətində iki dəfəyə yaxın fərq yaranacaq. Yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq".
Daşınmaz əmlak bazarı üçün ciddi rəqəm
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyir ki, Bakı şəhərinin 11 rayonunda mərhələli qaydada söküntü işləri aparılacaq: "Söküntü Qaradağı çıxmaq şərtilə, Bakının bütün rayonlarını əhatə edəcək. Söküntü prosesi ilə bağlı vətəndaşlara ya imtina etdiyi mülkiyyətə görə pul verilir, ya da kompensasiya məbləğinə uyğun olaraq həmin ərazidə mənzillə təmin olunurlar. Yeni bina hazır olana qədər vətəndaşlar kirayə qalırlar. Təbii ki, bu, kirayə bazarında artıma səbəb olacaq. Hazırda altı mindən çox ailə ilə proses aparılır. Bu, daşınmaz əmlak bazarı üçün çox ciddi rəqəmdir".
Hansı ərazilərdə qiymətlər stabilləşəcək?
V.Oruc bildirir ki, təmir olunan, abadlıq aparılan ərazilərdə mənzil qiymətləri artacaq: "Amma bu o demək deyil ki, qiymət artımı Bakıda bütün rayonları əhatə edəcək. Hesablamalara görə, yeni tikilən ərazilərdə qiymətlər artacaq, vətəndaşların əksəriyyəti həmin ərazilərə yönələcəklər. Daşınmaz əmlak bazarının diqqətində həmin ərazilər olacaq. Digər ərazilərdə isə qiymətlər stabilləşəcək".
200 mindən yarım milyona
Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, hazırda şəhərə yaxın ərazidə köhnə binada üçotaqlı mənzilin qiyməti 200-300 mindirsə, bina yeni tikili ilə əvəzləndikdə, yaxın gələcəkdə bu rəqəm yarım milyon olacaq: "Mərkəzə yaxın ərazilərdə qiymətlər fərqli olacaq. Kirayə bazarında isə onsuz da qıtlıqdır və artıq qiymətlər 30 faizə qədər qalxıb. Binaları sökülən sakinlər mənzil axtarışındadırlar. Əvvəllər kirayə evi daha çox tələbələr axtarırdısa, indi axtarışda olanlar ən çox mənzilləri sökülənlərdir. Bu saya tələbələri də əlavə etsək, qiymətlərin bahalaşması tam normaldır".
- 15.04.2025
- 425
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
18 500Bugün, 15:58Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 74 m² 1/14 mərtəbə -
102 000Bugün, 15:57Satılır Yeni Tikili
Binəqədi r.
3 otaqlı 85 m² 2/6 mərtəbə -
1 400Bugün, 15:57Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 68 m² 11/17 mərtəbə -
320 000Bugün, 15:51Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 7/17 mərtəbə -
105 000Bugün, 15:51Satılır Obyekt
9-cu mikrorayon, Binəqədi r.
40 m² -
59 500Bugün, 15:51Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
1 otaqlı 25 m² 2/5 mərtəbə -
140 000Bugün, 15:50Satılır Obyekt
Əhmədli m., Xətai r.
110 m² -
285 000Bugün, 15:48Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 98 m² 6/16 mərtəbə -
210 000Bugün, 15:45Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
4 otaqlı 92 m² 2/9 mərtəbə -
180Bugün, 15:44Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 75 m² 5/5 mərtəbə -
390 000Bugün, 15:44Satılır Yeni Tikili
8 Noyabr m., Yasamal r.
3 otaqlı 101 m² 14/27 mərtəbə -
650Bugün, 15:43Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 2/16 mərtəbə -
300Bugün, 15:41Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
1 otaqlı 35 m² 1/2 mərtəbə -
265 000Bugün, 15:40Satılır Yeni Tikili
Səbail r.
3 otaqlı 90 m² 12/17 mərtəbə -
300 000Bugün, 15:40Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
2 otaqlı 108 m² 5/12 mərtəbə -
170 000Bugün, 15:39Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 3/9 mərtəbə -
2 200Bugün, 15:39Kirayə (aylıq) Ofis
Nərimanov r.
7 otaqlı 320 m² -
140 000Bugün, 15:38Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 70 m² 8/9 mərtəbə -
2 990Bugün, 15:38Kirayə (aylıq) Obyekt
Gənclik m., Nəsimi r.
70 m² -
44 000Bugün, 15:37Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
2 otaqlı 60 m² -
160 000Bugün, 15:34Satılır Obyekt
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
55 m² -
60 000Bugün, 15:29Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 64 m² 5/15 mərtəbə -
488 000Bugün, 15:29Satılır Yeni Tikili
Nəsimi r.
3 otaqlı 139 m² 3/16 mərtəbə -
235 000Bugün, 15:28Satılır Köhnə Tikili
İçərişəhər m., Yasamal r.
3 otaqlı 70 m² 3/6 mərtəbə -
800Bugün, 15:26Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 5/6 mərtəbə -
64 500Bugün, 15:24Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 50 m² 3/5 mərtəbə -
2 000Bugün, 15:23Kirayə (aylıq) Obyekt
Mərkəzi Univermaq, Nəsimi r.
45 m² -
700Bugün, 15:23Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
1 otaqlı 34 m² 5/16 mərtəbə -
480 000Bugün, 15:21Satılır Köhnə Tikili
Sahil m., Səbail r.
3 otaqlı 120 m² 5/6 mərtəbə -
550Bugün, 15:20Kirayə (aylıq) Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 85 m² 10/13 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller