Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır?

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır?

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir.

Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasında bir sıra amillər rol oynayır: “Əmlak bazarında tələbat ən çox köhnə tikili 9-10 mərtəbəli binanalaradır. Bu  binaların istismar müddətinin bitməsinə uzun illər qalıb. Həmin binaların daxili proyekti də daha fərqli və digərlərindən üstündür. 9-10 mərtəbli binalarda mənzillər genişdir, əlavə eyvanlar var. Həmçinin sanitar qovşağın ayrı, mətbəxin geniş olması insanlarda bu tip binalara marağı daha çox artırır. Bundan başqa, ipotekaya kohnə tikili 9 və 10 mərtəbli binalarda olan mənzillər daxil olur ki, bu da evlərin satış qiymətlərinin artmasına gətirib çıxarır”.

Elnur Fərzəliyev bildirir ki, investorların isə marağı azmərtəbəli evlərdir. Onun sözlərinə görə, bu tip layihələrə olan maraq son dövrlərdə artıb.

Ekspert bildirir ki, bu tendensiya təkcə paytaxtla məhdudlaşmır, digər şəhərlərdə də 9 və 5 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir.  

    30.09.2026
  • 52
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Yeni Elanlar

Hamısına bax

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller