Bakıda 3 otaqlı mənzilin təmiri üçün nə qədər pul lazımdır? – ARAŞDIRMA
Açıqlanan rəsmi məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında inşaat materiallarının qiymətində 3%, təmir-tikinti sahəsində göstərilən xidmətlərin qiymətində isə 5%-dən çox bahalaşma olub.
Paytaxtda inşa edilən hündürmərtəbəli yaşayış binlarının bir çoxunda mənzillər təmirsiz satışa çıxarıldığı üçün material və xidmətlərdəki bahalaşma mənzillərin yekun qiymətinə də təsirsiz ötüşmür.
Bakı şəhərində təxminən 90 kvadratmetrlik 3 otaqlı mənzilin tam təmiri üçün nə qədər vəsait lazım olduğunu araşdırılıb.
Qeyd edək ki, mənzillərin təmirinə döşəmə şapı dediyimiz səviyyələndirmə mərhələsindən başlanılır.
90 m² sahəsi olan mənzilin döşəmə səviyyəsini düzəltmək üçün təxminən 4-5 sm qalınlığında sement-qum qarışığı əlavə olunur. Bu işin hər kvadratmetri üçün təxminən 5 manat xidmət haqqı ödənilir. Eyni zamanda şap üçün lazım olan sement-qum qarışığının material dəyəri də 450 manat edir. Beləliklə, bu mərhələ ümumilikdə 900 manata başa gəlir.
Elektrik xəttlərinin çəkilməsi
Mənzillərdə elektrik sisteminin qurulması 2 üsul ilə hesablanır. Bu zaman həm kvadratmetrlə, həm də görülən işin həcmi ilə (elektrik xətlərinin uzunluğu, elektrik yuvalarının sayı və s.) hesablama aparmaq mümkündür. Lakin qeyd edək ki, hər iki üsul ilə aparılan hesablamada yekun qiymət əksər hallarda bir-birinə yaxın olur. Bu səbəbdən də araşdırmada elektrik xətlərinin çəkilməsi ilə bağlı xərcləri kvadratmetrlə təqdim edirik. 90 m² mənzilə elektrik xətlərinin çəkilməsi üçün xidmət haqqı 1 530 manat edir. Kabel, avtomat, rozetka və digər materiallar isə 1 350 manat təşkil edir ki, yekunda elektrik işlərinin ümumi dəyəri 2 880 manat olur.
Santexnika xətləri
90 m² üzrə isti-soyuq su və kanalizasiya xətlərinin çəkilməsi üçün ustalara 1 530 manat xidmət haqqı verilir. Boru və bağlantı materiallarına isə 810 manat tələb olunur. Beləliklə, bu hissənin ümumi qiyməti 2 340 manat təşkil edir.
Santexnika avadanlıqlarının (unitaz, rakvina, duş sistemi və s.) quraşdırılması isə ayrıca 1 320 manata başa gəlir. Bunun 120 manatı usta işi, 1 200 manatı isə avadanlıq materiallarıdır.
Döşəmə örtükləri
Otaqlara və dəhlizə ümumilikdə 70 m² laminat vurulur. Usta xidmətinə 210 manat, laminat materialına 840 manat xərc çıxır. Ümumi dəyər 1 050 manat olur.
Hamam, tualet və mətbəx hissələrinə 22 m² kafel döşənir. Xidmət haqqı 308 manat, material isə 330 manat təşkil edir. Bu mərhələ 638 manat edir.
Divar işləri
150 m² divar sahəsinə şpaklyovka və astar çəkilir. Usta xidməti 450 manat, material 600 manat olmaqla bu mərhələ 1 050 manat tutur.
Divarların boyanması üçün ustaya 450 manat ödənilir. 50 m² oboy vurulması isə ümumilikdə 650 manata başa gəlir ki, bunun 150 manatı işçilik, 500 manatı isə oboy materialıdır.
Hamam, tualet və mətbəxin divarlarına 35 m² kafel vurulur. Xidmət haqqı 490 manat, material 525 manat olmaqla bu hissə də 1 015 manat edir.
Tavan işləri
Otaqlar və dəhliz üzrə 70 m² ərazidə alçıpan tavan çəkilir. Usta xidməti 490 manat, material isə 840 manat təşkil edir. Bu mərhələnin ümumi dəyəri 1 330 manat olur.
Qapılar və pəncərələr
Mənzildə 5 ədəd iç qapı quraşdırılır. Usta xidmətinə 125 manat, materiala isə 850 manat tələb olunur. Ümumi qiymət 975 manat edir.
Giriş qapısının quraşdırılması isə 680 manat təşkil edir. Bunun 80 manatı usta, 600 manatı isə qapının özüdür.
Pəncərələr üçün 11 m² PVC material quraşdırılır. İşçilik 110 manat, material isə 1 760 manat olmaqla bu hissənin dəyəri 1 870 manat olur.
İstilik sistemi
Kombi və radiatorlardan ibarət istilik sistemi quraşdırılması üçün ustaya 250 manat ödənilir.
Avadanlığın material dəyəri isə 2 260 manatdır. Bu mərhələnin ümumi qiyməti 2 510 manat edir.
- 05.12.2025
- 208
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
230 000Dünən, 21:35Satılır Köhnə Tikili
Gənclik m., Neftçi bazası, Nərimanov r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
90 000Dünən, 21:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 62 m² 12/13 mərtəbə -
150Dünən, 21:16Kirayə (aylıq) Köhnə Tikili
Suraxanı r.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
220 000Dünən, 21:14Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 67 m² 2/4 mərtəbə -
750Dünən, 20:53Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 93 m² 4/7 mərtəbə -
239 800Dünən, 20:44Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
8 otaqlı 220 m² -
199 800Dünən, 20:24Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
5 otaqlı 190 m² -
20 000Dünən, 20:20Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
1 otaqlı 35 m² -
50 000Dünən, 20:17Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 75 m² -
31 000Dünən, 20:13Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 65 m² -
38 500Dünən, 20:05Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 45 m² -
600 000Dünən, 20:03Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 400 m² -
330 000Dünən, 19:59Satılır Həyət evi/villa
Saray, Abşeron r.
12 otaqlı 743 m² -
90 000Dünən, 19:48Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 90 m² -
2 000Dünən, 19:46Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 100 m² 6/17 mərtəbə -
232 000Dünən, 19:45Satılır Köhnə Tikili
Gənclik m., Atatürk parkı, Nərimanov r.
3 otaqlı 65 m² 6/9 mərtəbə -
108 000Dünən, 19:44Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 3/7 mərtəbə -
2 000Dünən, 19:35Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 130 m² 6/17 mərtəbə -
560 000Dünən, 19:33Satılır Yeni Tikili
Nizami m., Dövlət Statistika Komitəsi, Yasamal r.
3 otaqlı 175 m² 9/10 mərtəbə -
209 000Dünən, 19:32Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 67 m² 4/4 mərtəbə -
2 000Dünən, 19:32Kirayə (aylıq) Ofis
Sahil m., Səbail r.
4 otaqlı 110 m² -
750 000Dünən, 19:27Satılır Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
136 m² -
2 000Dünən, 19:22Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 180 m² 15/17 mərtəbə -
112 000Dünən, 19:21Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 45 m² 2/9 mərtəbə -
820 000Dünən, 19:04Satılır Obyekt
Nəsimi r.
100 m² -
185 000Dünən, 19:01Satılır Köhnə Tikili
Xətai r.
3 otaqlı 70 m² 2/9 mərtəbə -
366 000Dünən, 19:01Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 116 m² 11/16 mərtəbə -
2 700Dünən, 18:55Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
85 m² -
480 000Dünən, 18:53Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 160 m² 17/17 mərtəbə -
920Dünən, 18:51Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 130 m² 13/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller