Bakı ağ şəhərdə mənzil almış bir qrup sakin çarəsiz vəziyyətdə qalıb
Bakı Ağ Şəhərdə “Diplomat 2008” MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməmsindən şikayət edirlər. Onlar, əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər.
Sakinlərin müraciətində bildirilir;
"Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan “Diplomat 2008” MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlamışdır. “Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər səkinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin, tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq yaşayış binasında işlər yekunlaşdırılmamış və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməmişdir. “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev işlərin yekunlaşacağı və mənzillərin təhvil veriləcəyi ilə bağlı biz sakinlərə son 5 ildə dəfələrlə yalan vədlər vermişdir. Elxan Azayev sonuncu dəfə 23 yanvar 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin binasında biz sakinlərlə görüşərək binada bütün işləri ən geci 1 ay ərzində, yəni 23 fevral 2023-cü il tarixinədək yekunlaşdıracağını və mənzilləri sakinlərin yaşaması üçün tam hazır şəkildə təhvil verəcəyini bildirmişdir. Son 5 ildə olduğu kimi, bu dəfə də Elxan Azayev biz sakinləri aldatmış, üzərinə düşən öhdəlikləri icra etməmiş, binadakı işləri tamamlamamışdır.
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Elxan Azayev tərəfindən 9 il əvvəl tikintisinə başlanılmış binanın eyvanlarında işlər tamamlanmamış, binada abadlıq işləri yekunlaşdırılmamış, mənzillərin giriş qapıları qoyulmamış, binanın 3 fazalı elektirik xətti birləşdirilməmiş, layihədə olmasına baxmayaraq binaya generator qoyulmamış, liftlər işlək vəziyyətə gətirilməmiş, binaya qaz verilməmiş və s.
Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyildir.
Məsələ ilə bağlı Xarici İşlər Naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalmış, problemlərimiz həll olunmamışdır.
Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008” MTK-nın qanunsuz əməllərinə göz yumur.
MTK-NIN SƏDRİNDƏN İDDİALARA CAVAB
İddialar ilə əlaqədar olaraq “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev ilə əlaqə saxladıq.
Elxan Azayev öz açıqlamasında bildirib ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəblərindən gecikir:
"Bizdən asılı olan və asılı olmayan səbəblər var idi. Hal-hazırda heç bir səbəb yoxdur, dövlətə təhvil-təslim prosesi gedir. 4 ildir mənzillərin təhvilinin gecikməsinin səbəblərindən birincisi yeni növ koronavirus pandemiyası ilə bağlı olaraq ölkəmizdə tətbiq edilmiş karantin rejimləri olub. İki il yarım karantin rejimləri tətbiq edildi - tərpənmək olmurdu, küçəyə icazə ilə çıxırdıq. Bunları unutmaq olmaz.
Bizdən asılı olmayan - Ağ Şəhər ilə bağlı məsələ var idi. Orada yanaşma bir az düzgün deyildi. Bunu məqalədə qeyd etməyə də ehtiyac yoxdur.
Maliyyə çətinliyi də oldu. Sizə şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər. Mən də sual verirəm - "Siz borcunuzu cədvəl üzrə ödəmirsinizsə, o zaman mən nə etməliyəm?! Alıcılar ödənməyən borcların təhvilin gecikməsinə görə kompensasiya olaraq silinməsini istəyirlər" .
Elxan Azayev "Əgər borcunu vaxtında ödəmək alıcının borcudursa, mənzili də vaxtında tikib təhvil vermək mənzil tikinti kooperativinin (MKT) borcudur" şərhinə belə cavab verdi:
"Sizinlə razıyam. Amma reallıqları da başa düşmək lazımdır. Bu gün ümumi borc 500 min manatdan yuxarıdır. Bu qədər borc MTK üçün maliyyə çətinliyi yaradır. Deyirlər, "siz ləngitmisiniz, buna görə qalan borc bizə kompensasiya olsun". Cavab vermişəm ki, "müqavilədə "belə bir halda Sizə kompensasiya ödəməliyəm" yazılmışdırsa, mən razıyam"".
MTK-nın sədri qeyd etdi ki, binanın təhvilini dövlət qurumlarında, xüsusilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda sənədləşdirmək vaxt tələb edir:
"Sənədləşmələr vaxt tələb edir, aylarla yazışmalar aparılır. Hazırda bina dövlət qurumlarına təhvil verilir. Bizdə hər bir şey qaydasındadır, heç bir problem yoxdur".
Elxan Azayev, sakinlərin eyvanlarda işlərin tamamlanmadığı, həyətdə abadlıq işlərinin yekunlaşdırılmadığı, mənzillərə giriş qapısının qoyulmadığı və s. barədə iddialarına belə cavab verdi:
"Həyətdə abadlıq işləri demək olar ki, tamamilə görülüb, qalan az işlər də dama çınqıl vurulması ilə əlaqədar olaraq qalıb. Gecikmə deyil, bir-biri ilə bağlı olan işlərdir. Eyvanlarda işlər yekunlaşdırılıb, mənzillərin qapıları da qoyulub. Binaya su və elektrin enerjisi verilib. Artıq binada yaşayanlar da var.
Deyirlər ki, lifti verin. Binada lift 2017-ci ildə quraşdırılıb. Sadəcə, lifti dövlətə təhvil-təslimindən sonra istifadəyə vermək olar ki, bu proses də davam etməkdədir".
Elxan Azayev vurğuladı ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamala işləri yekunlaşacaq: "2-3 həftəyə işlər tamamailə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur".
Elxan Azayev qeyd etdi ki, binanın sakinlərinin böyük hissəsi Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu üçün şikayət edənlərin sayı çox deyil: "Şikayət edənlərin sayı çox deyil, əksəriyyəti bir ailənin üzvləridir. Bir ailədən 3-4 nəfər imza atıb müraciətlər hazırlayıblar, guya sayımız çoxdur. Binanın sakinlərinin əksəriyyəti Nazirliyin əməkdaşlarıdır. Onlara real vəziyyət yaxşı məlumdur və şikayət etmirlər".
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina Nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib:
"Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti Nazirliyin əməkdaşlarına verilib, əməkdaşların təlabatından artıq olan hissəsi kənar şəxslərə satılıb".
Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilmişdir.
Əlavə edək ki, Bakı Ağ Şəhərin saytında "Diplomat 2008" MTK-nın binasında tikintinin gedişinə dair ilk şəkillər 2015-ci ilə, son şəkil isə 2020-ci ilin yanvar ayına aiddir.
Marja.az
- 11.04.2023
- 1581
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
2 000Dünən, 22:07Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
3 otaqlı 80 m² -
2 000Dünən, 21:32Kirayə (aylıq) Obyekt
28 May m., Səbail r.
40 m² -
450Dünən, 21:30Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 6/12 mərtəbə -
68 000Dünən, 21:27Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 74 m² 8/14 mərtəbə -
2 000Dünən, 21:21Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 180 m² -
66 500Dünən, 21:13Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 45 m² 6/8 mərtəbə -
300Dünən, 20:55Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 20 m² -
219 000Dünən, 20:46Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 93 m² 4/9 mərtəbə -
450Dünən, 20:45Kirayə (aylıq) Köhnə Tikili
Nizami r.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
136 000Dünən, 20:43Satılır Köhnə Tikili
Nəsimi m., 6-cı mikrorayon, Binəqədi r.
2 otaqlı 42 m² 2/5 mərtəbə -
158 000Dünən, 20:35Satılır Köhnə Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 50 m² 3/9 mərtəbə -
310 000Dünən, 20:29Satılır Köhnə Tikili
Nəsimi m., 6-cı mikrorayon, Binəqədi r.
2 otaqlı 42 m² 1/5 mərtəbə -
450Dünən, 20:21Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 7/12 mərtəbə -
175 000Dünən, 20:20Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 8/9 mərtəbə -
125 000Dünən, 20:16Satılır Həyət evi/villa
Balaxanı qəs., Sabunçu r.
8 otaqlı 242 m² -
215 000Dünən, 20:10Satılır Həyət evi/villa
Lökbatan qəs., Qaradağ r.
6 otaqlı 200 m² -
450Dünən, 20:10Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 53 m² 11/16 mərtəbə -
698 000Dünən, 20:05Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
4 otaqlı 208 m² 7/7 mərtəbə -
500Dünən, 20:02Kirayə (aylıq) Köhnə Tikili
Nizami r.
2 otaqlı 47 m² 2/5 mərtəbə -
500Dünən, 19:50Satılır Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
650Dünən, 19:46Kirayə (aylıq) Köhnə Tikili
Dövlət Statistika Komitəsi, Nəsimi r.
2 otaqlı 45 m² 2/4 mərtəbə -
122 000Dünən, 19:41Satılır Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 58 m² 3/5 mərtəbə -
130 000Dünən, 19:37Satılır Yeni Tikili
Xırdalan ş.
4 otaqlı 138 m² 13/13 mərtəbə -
400Dünən, 19:37Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 5/10 mərtəbə -
1 300Dünən, 19:31Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 150 m² 8/12 mərtəbə -
1 900Dünən, 19:25Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 200 m² -
290 000Dünən, 19:24Satılır Ofis
Axundov bağı, Səbail r.
4 otaqlı 85 m² -
550Dünən, 19:24Kirayə (aylıq) Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 58 m² 7/9 mərtəbə -
45 000Dünən, 19:19Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 55 m² -
950Dünən, 19:15Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
1 otaqlı 45 m² 12/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller