Bakı adaları ilə bağlı plan - MƏLUM OLUB
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında rekreasiya turizmi üzrə görüləcək işlər də əksini tapıb.
Planda bildirilir ki, gündəlik və həftə sonu turlar yerli rekreasiya turizminin əsas dayaqlarından birini təşkil edir. Baş Plan çərçivəsində Abşeron yarımadasının mövcud mədəni landşaft dəyərlərinin gücləndirilməsi və böyük yaşayış məntəqələri yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin təmin edilməsi nəzərdə tutulur. Ənənəvi çimərlik turizmi ilə yanaşı Baş Plan çərçivəsində turizmin digər əsas elementlərinin də nəzərdə tutulması planlaşdırılır. Buraya ərazilərin ənənəvi xarakterini qorumaq üçün təyin ediləcək mədəni landşaft ərazilərinin mühafizə zonaları, eyni zamanda açıq məkan konsepsiyasının tətbiqi ilə yanaşı layihə ərazisi boyu yaradılacaq yerli rekreasiya məkanları daxildir.
Daha aktiv istirahət imkanlarının yaradılacağı ərazilərə milli parkların, xüsusən də genişləndirilmiş Qobustan Milli Parkının ərazisi aiddir. Milli Parkın ərazisinin cənub-şərq istiqamətində genişləndirilməsi Baş Planın vacib elementidir. Ərazinin genişləndirilməsi gəzinti və dağ velosipedçiliyi, eləcə də parkın daxilində və yaxınlığında gecələmə imkanları təmin edən kiçik qonaqlama yerləri (gecələmə və səhər yeməyi təmin edən ev tipli mehmanxanalar, turistik kəndlər, düşərgələr) kimi yeni fəaliyyət növlərinin inkişafına imkan verəcəkdir.
Yerli rekreasiya imkanlarından başqa, milli parklar yerli yaradıcılıq və sənətkarlıq mərkəzlərinin və mədəni turizmin təşviqi, habelə milli və beynəlxalq turistlər üçün yerli həyat təcrübələrinin öyrənilməsi baxımından geniş imkanlar yaradır.
Çimərlik və kurort turizminin inkişaf yanaşması
Abşeron yarımadasında Xəzərin şimal və cənub sahillərində müxtəlif xidmət səviyyələrinə cavab verən yerli çimərlik turizmi on illiklər ərzində inkişaf etmişdir. Bu gün Abşerondakı kurortlar müxtəlif kurort təcrübələrini təcəssüm etdirən əhəmiyyətli turistik ərazilərdən birinə çevrilmişdir. Bu kurortlar qonaqlara və turistlərə rahat və sakit istirahət imkanı verən cəlbedici landşaft elementləri, habelə mağazalar, restoranlar, təmiz su, kölgəliklər və s. ilə təmin olunmuşdur. Kurortların su əyləncə parkları, tarixi yerlər və abidələr, alış-veriş yerləri (sənətkarlıq məmulatlarının hazırlandığı emalatxanalar) olan kiçik kənd mərkəzlərinə, habelə kafe və restoranlara yaxın olması buranın turizm cəlbediciliyini artırır.
Baş Planda ətraf mühitin yaxşılaşdırılması tədbirlərinin nəzərdə tutulması ilə su hövzələrinin keyfiyyətinin artırılması və bununla şəhərin çimərlik turizminə müsbət təsirin göstərilməsi planlaşdırılır. Bundan əlavə, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlik ərazilərindən Bakının digər əhəmiyyətli turistik məkanlarına fərdi ekskursiyaların təşkil edilməsinə imkan verəcək.
Çoxfunksiyalı istirahət və əyləncə turizmi
Baş Plan çərçivəsində turizm sektorunun şaxələndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərə istirahət və təhsil elementlərini vahid bir məkanda birləşdirəcək “əyləncəli-təhsil mərkəzləri”nin yaradılması da daxildir. Məqsəd qonaqlara yaddaqalan istirahət və hər səfərdə yeni kəşf təcrübəsi yaşatmaqdır:
• Qırməki Təbii Geoloji Parkı
Bakının neft sənayesi, neft sənayesinin tarixi, bu sahədəki ixtiralar və onların dünya təcrübəsinə təsirlərinin nümayiş etdiriləcəyi və eyni zamanda neft sənayesinin və neft sənayesi ilə əlaqədar sahələrin gələcəyi haqqında maarifləndirici materialların təqdim ediləcəyi “Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı”nın yaradılması təklif edilir.
• Muzey adaları
Bakı arxipelaqının adaları təbiət qoynunda sakit istirahət məkanları yaratmaq üçün imkanlara sahibdir. Burada açılacaq muzeylər isə ölkənin və şəhərin çoxəsrlik tarixini təqdim edə bilər. Adalar Bakı şəhərinə açılan möhtəşəm mənzərəyə sahibdir və bu, onların turizm təyinatları və təcrübələrinin artırılmasında rolunu artıra bilər.
• Mədəni turizm
Bakının zəngin tarixi özünü şəhər ərazisindəki abidə və tikililərin çoxluğunda biruzə verir. Baş Plan keçmiş, indiki və gələcək zamanlar arasında körpünün qurulması ilə şəhərin bütün qonaqlarında şəhər haqqında müsbət təəssüratların yaradılması məqsədi daşıyır. Bakının yeni müəyyən edilmiş Mərkəzi Planlaşdırma Rayonunda tarixi binaların qorunması, mövcud və gələcək tikililər (Port Baku kimi) arasında məntiqli əlaqələndirmənin (piyada, açıq məkanlardan ibarət dəhlizlər) qurulması üzrə müvafiq tənzimləmələr tətbiq olunacaq və bu, şəhərin tarixi simasını qorumağa imkan verəcək.
Çoxfunksiyalı əyləncə, konfrans və sərgi infrastrukturu
Bakı şəhərinin Baş Planının çoxmərkəzli inkişaf yanaşması çərçivəsində müəyyən edilmiş regional şəhər mərkəzləri və alt-mərkəzlərin hər biri üçün yeni funksiyalar müəyyən ediləcək. Binəqədi alt mərkəzinin ərazisində yerləşən Böyükşor gölü yaxınlığında yüksək səviyyəli obyektlərin inşası üçün imkanlar var və bu, Mərkəzi Bakının yaxınlığında yerləşən bu əraziyə mühüm iqtisadi təkan verə bilər. Gölün sahilyanı ərazilərində aşağıdakı yeni inkişaf təşəbbüslərinin həyata keçirilməsi planlaşdırılır:
• Əyləncə parkı
Yüksək beynəlxalq standartlara cavab verən bu əyləncə parkı Bakı üçün əsas turistik təyinatlardan birinə və yerli, milli və beynəlxalq turizm baxımından əsas cəlbedici amilə çevriləcəkdir. Gölün ətrafındakı əlverişli mühit ərazidə otel, restoran və əyləncə parkının inkişafı üçün mükəmməl fon təmin edəcəkdir.
• Konfrans və sərgi mərkəzi
İşgüzar mühitlə rekreasiya ərazilərinin bir məkanda vəhdəti gələcəkdə beynəlxalq tədbirlər, konvensiyalar və konfransların Bakıya cəlb edilməsi baxımından mühüm rol oynayır. İşgüzar ərazilərin yaxınlığında otel və istirahət məkanları əyləncə parkının ziyarətçiləri tərəfindən istifadə ediləcək və bu, həmçinin ictimai iaşə obyektlərinin fəaliyyətini iqtisadi cəhətdən daha səmərəli edəcək. Mehmanxanalarda geniş miqyaslı işgüzar görüşlər keçirmək üçün konfrans və konvensiya mərkəzləri yaradılacaq.
• Tibbi və idman turizmi
Böyük idman yarışlarına və müxtəlif idman görüşlərinə ev sahibliyi edən Bakı artıq beynəlxalq idman aləmində yaxşı tanınır. Şəhərdə dünya səviyyəli stadionlar, qapalı və açıq idman təsisatları, habelə idmançılar üçün Olimpiya kəndi fəaliyyət göstərir. Bakı şəhərinin Baş Planı çərçivəsində inkişaf edən tibbi turizm imkanları ilə idman təsisatlarının istifadəsi bir qəbul olunur. Tibbi müalicə əsasən Bakının bütöv və sağlam mühiti daxilində idman və digər fiziki zədələrin bərpasına yönəldiləcəkdir. Beynəlxalq tibbi turizmi Bakıya cəlb etmək üçün xəstəxanalar özəl tibb müəssisələri kimi fəaliyyət göstərəcəkdir. Həm beynəlxalq tibbi turizm, həm də idman turizmi üçün yüksək səviyyəli qonaqlama yerlərinin (otellər, xidmət olunan mənzillər) təmin edilməsi tələb olunacaq. Cəlbedici açıq məkanlar və Bakının şəhər mərkəzinə yaxınlıq ərazini bütün ziyarətçilər üçün fərqli məkana çevirir. Abşeron Milli Parkında açıq havada istirahət (velosiped sürmə, qaçış) imkanları, Qobustan Milli Parkında isə piyada gəzinti və dağa dırmanma üçün yaradılacaq imkanlar yerli sakinlərin də yeni istirahət imkanlarından istifadə etməsinə imkan yaradacaqdır.
- 09.01.2024
- 389
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
350Bugün, 20:43Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 50 m² 5/7 mərtəbə -
300Bugün, 20:41Kirayə (günlük) Həyət evi/villa
Mərdəkan, Xəzər r.
6 otaqlı -
210 000Bugün, 20:22Satılır Köhnə Tikili
Nəsimi r.
3 otaqlı 50 m² 2/2 mərtəbə -
125 000Bugün, 20:12Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 70 m² 5/10 mərtəbə -
157 000Bugün, 20:09Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 187 m² -
450Bugün, 20:05Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Ukrayna dairəsi, Xətai r.
1 otaqlı 42 m² 1/5 mərtəbə -
998Bugün, 19:58Kirayə (aylıq) Ofis
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 40 m² -
130 000Bugün, 19:56Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
5 otaqlı 300 m² -
140 000Bugün, 19:54Satılır Köhnə Tikili
Xırdalan ş.
5 otaqlı 140 m² 1/5 mərtəbə -
550Bugün, 19:54Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 60 m² 5/9 mərtəbə -
70Bugün, 19:53Kirayə (günlük) Həyət evi/villa
Lerik ş.
3 otaqlı -
395 000Bugün, 19:36Satılır Yeni Tikili
Badamdar qəs., Səbail r.
3 otaqlı 138 m² 14/16 mərtəbə -
75 000Bugün, 19:33Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 53 m² 6/6 mərtəbə -
2 600Bugün, 19:25Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 110 m² -
700Bugün, 19:25Kirayə (aylıq) Ofis
Gənclik m., Nərimanov r.
3 otaqlı 90 m² -
390Bugün, 19:18Kirayə (aylıq) Köhnə Tikili
2-ci mikrorayon r., Sumqayıt ş.
1 otaqlı 31 m² 5/5 mərtəbə -
272 000Bugün, 19:18Satılır Yeni Tikili
Nəsimi r.
2 otaqlı 85 m² 10/17 mərtəbə -
330 000Bugün, 19:16Satılır Torpaq
Badamdar qəs., Səbail r.
7.5 sot -
900Bugün, 19:13Kirayə (aylıq) Ofis
Nizami m., Nəsimi r.
2 otaqlı 80 m² -
600Bugün, 19:12Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 68 m² 14/20 mərtəbə -
299 000Bugün, 19:06Satılır Yeni Tikili
Badamdar qəs., Səbail r.
3 otaqlı 109 m² 18/19 mərtəbə -
185 000Bugün, 19:00Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
350Bugün, 18:56Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
19 m² -
600Bugün, 18:56Kirayə (aylıq) Həyət evi/villa
Keşlə qəs., Nizami r.
2 otaqlı 50 m² -
800Bugün, 18:52Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
12 m² -
1 000Bugün, 18:50Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Olimpik Star, Nəsimi r.
2 otaqlı 55 m² 8/15 mərtəbə -
3 300Bugün, 18:49Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
80 m² -
1 200Bugün, 18:40Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 160 m² 4/5 mərtəbə -
1 000Bugün, 18:39Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 85 m² 9/15 mərtəbə -
650Bugün, 18:34Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 60 m² 20/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller