Azərbaycanda sənədsiz fərdi evlər qeyri-yaşayış obyektlərindən azı 10 dəfə çoxdur

Azərbaycanda sənədsiz fərdi evlər qeyri-yaşayış obyektlərindən azı 10 dəfə çoxdur

Azərbaycanda fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı qeyri-yaşayış obyektlərindən ən azı 10 dəfə çoxdur.

Bakıdakı sənədsiz evlərin ümumi qiyməti - 50 MİLYARD MANATA ÇATIB

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat" zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur: "Bu tikililərin dəqiq statistikasını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması tələb olunur. Qeyri-yaşayış tikililəri üzrə daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi yaşayış tipli sənədsiz tikililərin sayı daha çoxdur və bu göstərici həmin obyektlərdən ən azı 10 dəfə artıq ola bilər".

N.Alimova qeyd edib ki, aparılacaq sistemli uçot və inventarlaşdırma tədbirləri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsinə və daşınmaz əmlakın qeydiyyatının daha dəqiq aparılmasına imkan verəcək.

  • 29.01.2026
  • 17
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller