“28 May”–“Nizami” xəttinin bağlanması kirayə qiymətlərinə təsir edəcək? – AÇIQLAMA
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılıb.
Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10–11 ay davam edəcəyi gözlənilir. İşlər başa çatdıqdan sonra “İçərişəhər” istiqamətində hərəkət edən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.
Bəs “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırılması kirayə mənzil bazarına necə təsir göstərəcək?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kirayə mənzil bazarında qiymətləri müəyyənləşdirən əsas amillər tələb və təklif arasındakı nisbətdir. Onun sözlərinə görə, hazırda bazarda ənənəvi mövsümi canlanma dövrü başlayıb və bu il kirayə qiymətlərində 10–15 faiz artım gözlənilir.
“Əgər bazarda tələb artırsa, təklif məhdudlaşırsa, təbii ki, qiymətlərin artması baş verir. Bu proses ənənəvi olaraq hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığı dövrə təsadüf edir. Hazırda avqust və sentyabr ayının birinci yarısını əhatə edən bu dövrdə kirayə mənzil bazarına müraciətlər həddən artıq çox olur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu il artımın 10–15 faiz səviyyəsində olacağını ehtimal edir”, – V.Oruc deyib.
Ekspert hesab edir ki, “28 May” və “Nizami” stansiyaları arasındakı hərəkətin dayandırılması bütövlükdə kirayə bazarında ciddi dəyişiklik yaratmayacaq. Təsir daha çox tələbin ərazilər üzrə yerdəyişməsi formasında özünü göstərə bilər.
“Mövcud dəyişikliyin kirayə mənzil bazarına təsiri tələbin coğrafi olaraq dəyişməsi şəklində özünü göstərə bilər. Metro ilə bağlı dəyişikliklərin təsir etdiyi ərazilərdə tələb müəyyən qədər azala, digər ərazilərdə isə avtomatik olaraq arta bilər. Bazarın ümumi kontekstində hər hansı ciddi dəyişiklik gözləmirik. Bazar qiymət artımına istiqamətlənib və bu, hər il təkrarlanan mövsümi qiymət artımıdır”, – o bildirib.
V.Orucun sözlərinə görə, tikinti işlərinin 10–11 ay davam etməsi kirayəçilərin davranışına müəyyən təsir göstərə bilər. Bəzi sakinlər mövcud kirayə mənzillərində qalmağa üstünlük verəcək, digərləri isə nəqliyyat baxımından daha əlverişli ərazilərə üz tuta bilərlər.
“Düşünürəm ki, mövcud durum daşınmaz əmlak bazarının kirayə seqmentinə ciddi təsir göstərməyəcək. Yəni təsirin olacağı şübhəsizdir, amma qiymətlərin və ya yerləşmənin böyük faizlə dəyişəcəyini gözləmirəm. Həmin ərazilərdə tələbin müəyyən qədər azalması mövsümi qiymət artımının qarşısını ala bilər. Yəni qiymətlər ucuzlaşmaya bilər, sadəcə artım dinamikası zəifləyə və hətta müvəqqəti olaraq dayana bilər”, – ekspert vurğulayıb.
Onun fikrincə, kirayəçilər üçün alternativ ərazilərin kifayət qədər olması da bazara mümkün təsiri məhdudlaşdıracaq. Bu baxımdan “20 Yanvar”, “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Gənclik”, “Nəriman Nərimanov”, eləcə də “Qara Qarayev” və “Xalqlar Dostluğu” metro stansiyalarının ətrafındakı ərazilər alternativ kimi nəzərdən keçirilə bilər.
“Bu ərazilərdə tələbələr mənzil kirayələyərək təhsil müəssisələrinə nəqliyyat əlçatanlığını təmin edə bilərlər. Alternativ kifayət qədərdir və onların mövcudluğu “Nizami” və “28 May” stansiyaları arasındakı hərəkətin dayandırılmasının bazara böyük təsir göstərməsinə imkan verməyəcək. Düşünürəm ki, kirayəçilərin təqribən 50 faizi ümumiyyətlə qərarını dəyişməyəcək. Onlar həmin əraziləri tərk etmək əvəzinə gündəlik nəqliyyat marşrutlarında dəyişiklik etməklə kifayətlənəcəklər”, – V.Oruc qeyd edib.
Ekspert bildirib ki, metro ilə bağlı məhdudiyyətlərin təsir etdiyi ərazilərdə qiymətlərin stabil qalması və ya ümumi bazardakı artım tempindən geri qalması mümkündür. Bununla yanaşı, ali təhsil müəssisələrinin, avtobus dayanacaqlarının və rahat piyada marşrutlarının yaxınlığında yerləşən mənzillərə tələbin artacağı gözlənilir.
“Bahalaşma ali təhsil müəssisələrinin ətrafında təkcə metro stansiyalarına görə deyil, avtobus dayanacaqlarına və piyada keçidlərinə əlçatanlıq baxımından əlverişli ərazilərdə də ciddi şəkildə hiss olunacaq. Əsasən Yasamal rayonunda, həmçinin Gənclik və Nərimanov ərazilərində bu tendensiyanı görə bilərik. Düşünürəm ki, qiymət artımı sentyabrın 15-dək davam edəcək, sentyabrın sonlarından isə müəyyən stabillik dövrü başlayacaq”, – o deyib.
V.Oruc mövsümi ajiotaj başa çatdıqdan sonra kirayə qiymətlərinin kəskin enəcəyini də gözləmir.
Ekspert kirayə bazarındakı dəyişikliklərlə yanaşı, 2026-cı ildə daşınmaz əmlak bazarının ümumi qiymət dinamikasına dair proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, daşınmaz əmlakın qiymətinə təkcə tələb deyil, tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması, yeni binaların maya dəyərinin yüksəlməsi, miqrasiya prosesləri və daşınmaz əmlakın investisiya cəlbediciliyi də təsir göstərir.
“Bütün bunlar daşınmaz əmlakın harada yerləşməsindən asılı olmayaraq həm satış, həm də kirayə qiymətlərində ciddi azalmanın baş verməsi ehtimalını sıfıra yaxınlaşdırır”, – ekspert əlavə edib.
O, 2026-cı il ərzində daşınmaz əmlak bazarında ümumi bahalaşma tendensiyasının davam edəcəyini bildirib. Proqnoza əsasən, şəhərin inkişaf layihələrinin, yeni yolların, abadlıq və tikinti işlərinin həyata keçirildiyi ərazilərdə qiymət artımı daha yüksək ola bilər.
“İl ərzində torpağın qiymətinin təqribən 20–25 faiz, yeni tikililərin 10–15 faiz, köhnə tikililərin qiymətinin isə 10 faizə qədər artacağını gözləyirik”, – V.Oruc bildirib.
-
55
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
M 77 000Bugün, 08:21Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 55 m² -
M 280 000Bugün, 08:16Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 125 m² 3/9 mərtəbə -
M 62 000Bugün, 08:00Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 50 m² -
M 210 000Bugün, 07:54Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
8 otaqlı 350 m² -
M 119 000Bugün, 07:48Satılır Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 55 m² 3/5 mərtəbə -
M 17 000Bugün, 07:43Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
1800 m² -
M 600Bugün, 07:42Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 75 m² 1/5 mərtəbə -
M 55 000Bugün, 07:29Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 80 m² -
M 240 000Bugün, 05:43Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 110 m² 9/16 mərtəbə -
M 800Bugün, 01:12Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 75 m² 2/5 mərtəbə -
M 155Bugün, 00:53Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 76 m² -
M 650Bugün, 00:19Kirayə (aylıq) Yeni Tikili
72-ci məhəllə r., Sumqayıt ş.
3 otaqlı 92 m² 9/14 mərtəbə -
M 150Dünən, 23:14Kirayə (aylıq) Həyət evi/villa
8 Noyabr m., Papanin, Nəsimi r.
3 otaqlı 110 m² -
M 195 000Dünən, 22:13Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 85 m² 5/5 mərtəbə -
M 37 000Dünən, 22:01Satılır Həyət evi/villa
Yaşıl dərə r., Sumqayıt ş.
3 otaqlı 68 m² -
M 67 000Dünən, 21:39Satılır Köhnə Tikili
3-cü mikrorayon r., Sumqayıt ş.
1 otaqlı 30.1 m² 2/5 mərtəbə -
M 35 500Dünən, 21:16Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
2 otaqlı 45 m² -
M 165 000Dünən, 21:16Satılır Həyət evi/villa
Corat köhnə r., Sumqayıt ş.
5 otaqlı 135 m² -
M 100 000Dünən, 20:45Satılır Torpaq
Nardaran qəs., Sabunçu r.
9.5 sot -
M 1 800 000Dünən, 20:38Satılır Torpaq
Səbail r.
9 sot -
M 79 500Dünən, 20:35Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 77 m² 6/6 mərtəbə -
M 1 400 000Dünən, 20:27Satılır Obyekt
İçərişəhər m., Səbail r.
412 m² -
M 100Dünən, 20:08Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Yeganə şadlıq sarayı, Nəsimi r.
3 otaqlı 134 m² 13/18 mərtəbə -
M 155 000Dünən, 19:43Satılır Köhnə Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 60 m² 5/9 mərtəbə -
M 800Dünən, 19:39Kirayə (aylıq) Ofis
8 Noyabr m., Nəsimi r.
1 otaqlı 40 m² -
M 2 100 000Dünən, 19:35Satılır Torpaq
Nərimanov r.
23 sot -
M 2 200Dünən, 19:24Satılır Ofis
Gənclik m., Nərimanov r.
3 otaqlı 65 m² -
M 42 500Dünən, 19:24Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 72 m² -
M 67 500Dünən, 19:23Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
4 otaqlı 100 m² -
M 35 000Dünən, 19:21Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
1 otaqlı 60 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat