Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 4 otaqlı Köhnə Tikili, 12-ci mikrorayon

Elanın kodu: 883870

Baxış sayı: 2053

Sumqayıt şəhər, 12-mkr, ÜZÜ dəmir yol vağzalına baxan 9-mərtəbəli binanın 2-ci mərtəbəsidə 4-otaqlı Leninqrad layihəli mənzil satılır. Bina nisbətən yenidir – inşası 90-cı illərdə başa çatmışdır, Şüşə zavodunun verdiyidir; binanın künc hissəsi olmasına baxmayaraq, mənzildə bir qram nəmişlik yoxdur, heç vaxt da olmayıb. Binanın suyu , işığı digər mkr-lardan fərqli olaraq daimidir, qaz kartladır, bütün sayğaclar hamısı qoyulmuşdur. 2 qabaq və 1 arxa eyvanı, 1 kladovka yeri var. Mənzil geniş və sadədir, döşəməsi linoleumdur, perspektivdə təmirə ehtiyacı var; qabaq 2 otağın, dəhlizin divarları səliqəli rəngli, arxa 2 otağın isə divarları oboy və pəncərələri plastikdir; həmçinin mətbəxin pəncərəsi və arxa eyvanın qapısı plastikdir; mənzilin giriş qapısı seyf qapıdır. Sanitar qovşaq ayrıdır, hamamında yeri trapdır, qaz ilə işləyən su qızdırıcısı var, mətbəxə də isti su çəkilib. Mənzilin daxilində öz elektrik avtomatı vardır, podyezdində optik internet, telefon xətti qutuları mövcuddur. Əlverişli yerdədir: 5, 10a,25№li marşrutlar yanından keçir, vağzala maksimum 3-4 dəqiqədir, yaxınlığında 24-saat fəaliyyət göstərən aptek, supermarket (həmçinin, binanın yanında əlavə qoşa market), yanacaq doldurma məntəqəsi, həftənin 3 günü kənd təsərrüfatı yarmarkası, mikrorayonda 2 məktəb, 2 baxça və binanın yanında inşası başa çatmaqda olan çoxmərtəbəli klinika, maşın saxlamağa həyəti vardır; binanın məhləsinə giriş-çıxış yolları asfalt örtükdür. Digər tərəfdən isə, 9-10-11-ci mkr-lara, Yaşıl dərə yaşayış massivinə; istədiyiniz şəhər, bağ, Saray-Bakı, H.Z. Tağıyev qəsəbəsi marşrutalarına, göz xəstəxanasına və uşaq poliklinikasına 5 dəqiqəlik yoldur. Bir sözlə, lazımi infrastrukturlar hamısı çox yaxınlığındadır. Real alıcı ilə qiymətdə sövdələşmək olar. Real alıcı o kəsdir ki, evə gəlib baxır (ən azından 1-2 dəfə), ondan sonra əmlaka olan marağını bildirir. Telefonda SON QİYMƏT məsələsi qaldırmayın,beləcə bir-birimizin vaxtına qənaət etmiş olarıq. Xahiş edirəm, elanı diqqətlə oxuyun və telefonda bişmiş suallar verin! Hörmətlə, Mülkiyyətçi

 

Ünvan: 12-ci mkr, 9/2, dəmir yol vağzalına yaxın

     

 

69 000 M

  • 4 otaq
  • 80 m2
  • 862 M / 1m2  

Elanın tarixi: 16.05.2017

Elanın kodu: 883870

Baxış sayı: 2053

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller