Elan Yerləşdirmə Qaydaları

1) Arenda.Az -da bir ay ərzində pulsuz (təkrar olmayan) limitsiz sayda elan yerləşdirmək olar.

2) Arenda.az saytında ay ərzində 10.000 (on min)  və daha çox elan göndərilir.

3) Elanın saytda qalma müddəti 45 gündür. Müddəti bitmiş elanları şəxsi kabinetindən pulsuz şəkildə bərpa edə bilərsiniz. Elanın müddəti bitməmiş saytdan silinməsi xidməti ödənişlidir. Xidmət haqqı - 1 AZN.

4) Arenda.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.

5) Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanını) düzgün qeyd edin.

6) Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir. Tövsiyyə edirik ki, e-mail ünvanınızı mütəmadi olaraq yoxlayın.

7) Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı, şirkətin adı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.

8) Üzərində Arenda.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.

9) Əgər əmlakın yerləşdiyi ünvanı xəritədə göstərmək istəyirsinizsə, zəhmət olmasa bunu dəqiq edin.