Arenda.az saytinin o biri dasinmaz emlak elanlarindan ustunluyu nelerdi? Biz emlak agentliyi olaraq oz danismaz emlak elanlarimizi davamli olaraq sizin saytda yerlesdire bilerik?

  • 19.11.2017
  • 4133

www.arenda.az saytı digər daşınmaz əmlak saytlarından bir çox fərqlərə malikdir. Bu fərqlərdən biri saytımızın fərqli və daha çox xidmət ilə istifadəçilərə faydalı olmasıdır. Xidmətlərimiz ilə daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz https://arenda.az/xidmetler . Bundan əlavə digər daşınmaz əmlak saytlarının əksəriyyətində mobil versiyadan elan yerləşdirmək imkanı olmadığı halda, bizim saytdan rahat şəkildə mobil telefonlar vasitəsi ilə elan yerləşdirə bilərsiniz. Saytımız bu gün yüzlərlə Vasitəçiyə və həmçini Daşınmaz Əmlak Agentliklərinə yüksək səviyyədə xidmət göstərir. Hər bir istifadəçiyə davamlı şəkildə pulsuz və limitsiz sayda (təkrar olmamaq şərti ilə) elan yerləşdirmək imkanı yaradılır. O cümlədən moderatorun öz seçimi əsasında Vasitəçilər tərəfindən yerləşdirilən elanlardan hər gün 3-5 elan rəsmi Facebook, Instagram səhiflərimizdə və YouTube-da kanalımızda paylaşılır.  Google-da axtarışda birinci çıxmaq üçün  çox ciddi işlər görürük. Bu gün ki gündə saytımız 7.000+ açar sözlərdə GOOGLE axtarış nəticələrində ön sıralarda öz əksini tapır. Bir çox güclü rəqiblər bu kriteriyalara görə bizdən geridədilər. 

Daşınmaz Əmlak Şirkətləri və Vasitəçilər üçün təklif etdiyimiz Agentliklər bölməsindən yararlanaraq (https://arenda.az/agentlikler) özəl üstünlüklərə malik olacaqlar. 

Bir fərqimiz daha var, belə ki www.arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq. Bu halda biz Daşınmaz Əmlak Şirkətlərinin və Vasitəçilərin vaxtlarına qənaət edərək iş proseslərini sürətləndirərək, əmlak sahiblərinin narahatçılıqdan azad etmiş oluruq. 

Hər gün saytımızı daha rahat, sürətli və bol məlumatlı olması üçün addımlar atırıq, ona görə ki istifadəçilərimizə bu cür dəyərlərin çatdırılması bizim əsaslı məqsədimizdir.


arenda.az -da bir ay ərzində pulsuz (təkrar olmayan) limitsiz sayda bu linkə daxil olaraq https://arenda.az/elan-yerlesdir elan yerləşdirmək olar. Elan yerləşdirildikdən sonra saytımızda təqdim olunan pullu (ödənişli) xidmətlərimizdən yararlanaraq daşınmaz əmlakınızın 100.000-lərlə istifadəçiyə çatdıra bilərsiniz. Xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmətlər bölməsinə daxil olub tanış ola bilərsiniz. (https://arenda.az/xidmetler)

Onuda qeyd etmək istərdik ki, saytımıza hər gün minimum 16.000 istifadəçi daxil olur və bu rəqəmlər dinamik şəkildə çoxalır ki azalmır. 

Hörmətli Daşınmaz Əmlak şirkətləri və Vasitəçilər! Sizlərə Dəyər və Fayda vermək Bizim strateqiya yolumuzda ən vacib məqamlardar biridir. 

Bizimlə əməkdaşlıq etdiyiniz üçün Sizlərə Təşəkkür edirik! 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller